Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
·
Puan vermedi
" Doğrudanmı, birinə nifrət etmək üçün onun səndən fərqlənməsi bəs edir?" Bu sözlər ilə başlamaq istədim kitab haqqında olan fikirlərimə. Kitab afrika həyatından bəhs edir yazıçının oxuduğum ilk əsəridir və həqiqətən də çox qürur duydum ki , belə istedadlı yazıçılarmız var . Kitabın dili çox sadədir və olduqca axıcıdır siz çox maraqla oxuya biləcəyiniz möhtəşəm bir romandır . Romanda insanların bir birlərindən fərqli olması dili , boyu və başqa xüsusiyyətləri əks olunub. Siz bu romanda Afrika xalqlarının qədim mədəniyyəti, fərqli yaşayış tərzi, inanc və əfsanələri , insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış olacaqsınız. Bir sözlə kitab vasitəsilə siz Afrikanı yazarın gözləri ilə görəcəksiniz. Çox özəl bir yeri var kitabın məndə tövsiyə edirəm ki mütləq oxuyun. Sitatlar : "Aslan qocalanda onu yemək üçün ətrafına çaqqallar toplaşarlar" . "Bəndəyə layiqincə şükür etməyən Məbuda da edə bilməz". "İnsan insanı yeyərmi ? Biz yeməli deyilik. " "Ancaq darıxdığım birinin olduğunu düşünəndə özümü xoşbəxt hiss edirəm." "Səni sevməyəndən sevgi dilənmə, sənə güvənməyənə nəsə isbat etməyə çalışma. Çünki xeyri yoxdur. " Və sonda onunda qeyd edim ki , bu əsərdə siz insanın insana nifrətin və heyvanın insana məhəbbətini görəcəksiniz. Xoş mütaliəyələr ♡
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020164 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.