" Qətl günü" romanı Yusif Səmədoğlunun dünyanı, varlığı dərk etməyən insan, nəfsin qurbanı olan, lakin hər dəmdə şeytanı lənətləyən, günahın qurbanı olub,şeytanla pislikdə yarışa girən ikiayaqlılar haqqında yazılmış, eyni zamanda bədiiliyi, toxunduğu mətləblər cəhətdən xüsusilə seçilən əsərdir. Müəllif dövrlər arasında mükəmməl əlaqə yaratmağa müfəssəl şəkildə nail olmuşdur.Yaratdığı arxetiplər sayəsində sanki bir-birini əvəz edən və sonu gəlməyən nəsilləri görə bilirik. Baba Kahada təsvir olunan, bezmiş ,süst oturub nə vaxt yeməyi olacağını gözləyən qotur canavar bəlkə də bizim bildiyimiz əzəmətli türk simvolu həmin o Boz qurdu təmsil edir.Lakin bu yerdəyişmədə fərqlilik var. Hansı fərqlilik? - deyə özümüzə sual versək , belə bir qənaətə gələ bilərik ki, müəllif istər ya da istəməz həmin Kahada oturan yazıq canavarın halına acıyır. Sanki türk simvolunun beləcə adiləşdiyini, ya da sıradan çıxdığını göstərir.
Müəllif yuxu mistikasina toxunur, yuxu vasitəsilə keçidlər olur. Yuxu elə bir şüuraltı prosesdir ki, insan real həyatda edə bilmədiklərini yuxular vasitəsilə ,yuxularında etməyə çalışırlar. Romanda xəstənin və ya ümumiyyətlə qəhrəmanların yuxularında hər hansı məqsədə xidmətetmə vardır.Bilərəkdən yuxu çalarının əsərə əlavə edilməsi, Xəstənin yuxudan ayıldıqdan sonra həmin yuxuya yenidən qayıtmaq istəməsi,yuxuda etdiklərinə inanıb inanmaması, qəhrəmanın ,ya da elə Yusif Səmədoğlunun bizə daxilən nə çatdırmaq istədiyindən xəbər verir.
Keçmişə qayıtmaq , keçmiş günlərinin ,uşaqlığının yadına düşməsi, xatirələrin canlanmasi bəlkə də elə yuxular vasitəsilə qismən şüurumuzda gerçəkləşir. Yuxugörmə prosesi paradoksallıq yarada bilər. Zaman olaraq keçmişə ,gələcəyə getmək, əsrlər, insanlar ,fərqi yarana bilər. Düşüncə yuxu vasitəsilə dəyişə keçmişdə qalmaq istəyi,ya da