Bir Milyonluq Xəyanət

Dr. Səid

Vüsal Aydın
Tahmini Okuma Süresi:
9 sa. 4 dk.
Sayfa Sayısı:
320
Basım Tarihi:
2017
Yayınevi:
Qanun nəşriyyatı
ISBN:
9789952364118
Ülke:
Türkiye
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi
Müasir Azərbaycan yazarları oxumurdum, oxuyanda isə həmin kitabların məni "tətmin" etmədiyini görürdüm. Lakin bu kitab fərqli idi:) İlk öncə deyim ki, əsər o qədər axıcı, o qədər sürükləyicidir ki, 1 günə bitirilə bilər. Dedektiv janrındadır. Hərçənd çox sevmirəm bu janrı desəm də, məni maraqda buraxır həmişə. Baş obrazımız Səid adlı bir gəncdir, həkimdir, lakin həkim işləmir. Ölkədə baş verən intiharları araşdırır,doğruları üzə çıxarır və bunu qarşılığında məbləğ almadan edir. Onun üçün hər intihar bir cinayət sayılır. Səid mənə görə, hər kəsin həyatındakı qarışıqlığı rahatlıqla səliqəyə salırdısa, öz həyatına bunu tətbiq edə bilmirdi. Bilmirəm,yəqin məmnun idi halından. Əsər boyu müxtəlif intiharlara şahid oluruq,amma bu intiharların bir-birilə əlaqəsi olduğu seziləndir. Əsərdə Azərbaycan ailələri,mentalitet kimi mövzulara da toxunulmasını gördüm. Hə bir də, Səid nişanlıdır. Amma nişanlı olduğunu unudur. Nişanlısının adl Ülviyyədir. Ülviyyə obrazına qarşı duyğularım sabit deyil, həm üzülürəm, həm əsəbləşirəm. Amma dünya ona xoş Nə zaman yorğun hiss etsəniz və axıcı, maraqda buraxan kitab istəsəniz, ya da uzun müddət mütaliə edə bilməyib,yeni kitaba başlamaq istəyirsinizsə, tövsiyyə edirəm bu əsəriii.
Dr. SəidVüsal Aydın · Qanun nəşriyyatı · 2017123 okunma
Dr. Səid - Bir milyonluq xəyanət
8/10
·320 syf.··
Beğendi
·
2017 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 02 Kasım 2017 00:00
Kitabı oxuduqca özümdə düşündüyüm bu suallara müəyyən qədər cavab tapa bildim. Səid anası istəydiyi üçün Ülviyyə ilə nişanlanması, əslində isə ona heç zərrə qədər də maraq göstərməməsi isə xüsusi olaraq diqqətimi çəkdi. Müəllif bununla cəmiyyətimizdə sevgisiz, sadəcə kiminsə arzusu, istəyi və xahişi ilə qurulmuş yüzlərlə ailəyə xitab edir. Milli “dəyərlər” arasında xüsusi yeri olan bu məsələyə müəllifin yanaşmasını bəyəndim. Daha ətraflı: ramidseyfullayev.com/2019/11/05/dr-s...
Dr. SəidVüsal Aydın · Qanun nəşriyyatı · 2017123 okunma
10/10
·320 syf.··
2022 7. kitabı
Psixoloji dedektiv mövzuda yazılmış əsər holdinq sahibi Akif Süleymanovun müəmmalı ölümü ilə başlayır. Hadisə intihar olaraq bilinsə də, həqiqət daha sonra aydın olur. Əsərin personajları: Dr.Səid- tibbi bititib, həkim kimi yox dedektiv kimi fəaliyyət göstərir. Və o intihar hadisələrini araşdırır. Hadisəni araşdıran zaman olduqca soyuqqanlı olan bu oğlan, heç də araşdırmadan sonra da belə qala bilmir. Ölümlər ona təsir edir. Diqqətliliyi, gizəmli halları ilə olduqca diqqət çəkir Aidə- əsərin kilit nöqtəsi, dərin baxışları var. Elə Səidi ona cəlb edən də bu dərin baxışları və sirli həyatıdır. Gündəlik yazır tez-tez. Bir qardaşı var, Arif və bir də anası. Atası Kamal, Arif Süleymanovla birlikdə işləyiblər, kiçikkən vəfat edib Səadət xala- Səidin anası və əsla aşa bilmədiyi tabu. onun sadəcə anası var, atası 1 yaş yarımında müəmmalı şəkildə yoxa çıxıb. Bununla qadın uzun müddət psixoloji çətinliklər yaşayır. Düşünürəm ki, əsərin ikinci hissəsində bu hadisə açılacaqdır Ülviyyə- Səidin nişanlısı, anasının istəyi ilə Səid Ülviyyə ilə nişanlanır. Türk seriallarını çox sevir kitab oxumaq ilə arası heç yoxdur. Gözəl xanımdır, bacarıqlı, əlindən hər iş gəlir, lakin Səid üçün yaradılmayıb Şahmar müəllim- yaşlı fotoqraf və Səidin müəllimi Hacı və Almila- Səidin dostları, onu Aida ilə tanış edirlər 4+1 Qardaşlar - Eldar qrupun rəhbəri, Ceyhun yaraşıqlısı, Tağı aəıllısı, Vladik kəşfiyyatçısı, və bir də itləri. Dedektivlik edən qardaşlar, Xavərin sifarişi ilə nişanlısı Aslanın ona xəyanət edib, etmədiyini öyrənməyə çalışırlar. Lakin sifarişçinin ölümü ilə işlər qarışır və onlar Dr. Səidə müraciət edir. Mirzə - Səidin dostu, uzunmüddət öncə bir qəza keçirir və ailəsini itirir. Həmçinin o artıq yeriyə də bilmir. Heç nə xatırlamadığını iddia edir. Kitab oxumağı çox sevir və
Dedektiflik ve Gizem
Dr. SəidVüsal Aydın · Qanun nəşriyyatı · 2017123 okunma
"Bir milyonluq xəyanət"
8/10
·320 syf.··
2025 36. kitabı
·
6 günde okudu
·
Okunma: 07 Temmuz 2025 01:14
Vüsal Aydın-"Bir milyonluq xəyanət". Əgər kitabın trilogiya olduğunu bilməsəydim,beynim "error"verərdi ki,bir-biri ilə əlaqəsi olmayan bu qədər cinayət-intihar hadisələrini niyə oxudum?!) Bəzən bir kitabı oxuyursan və içində elə bir düyün yaranır ki, bitirdikdən sonra da bir neçə gün səni buraxmır. "Bir milyonluq xəyanət" məhz belə bir kitab oldu mənim üçün. Bu kitab çaşdırıcıdır mənə görə.Amma yaxşı mənada. Səni rahat oxucu vəziyyətində buraxmır.Düşünməyə, mühakimə etməyə və ən əsası, öz içindəki səssiz tərəflərlə üzləşməyə,bir sözlə Doktor Səid olmağa vadar edir.) Bu arada Səid əslində ixtisasca həkimdir.Lakin maraq dairəsi intiharlardır.Daha doğrusu,çağrıldıyı cinayət yerlərini diqqətlə izlədikdən sonra hadisənin cinayətmi,intiharmı olduğunu dəqiqləşdirir. Əsərdəki hadisələr sürətlə dəyişir,amma bu sürətin içində insan özünü itirmir. Əksinə,hər səhifədə bir az daha düşünür: “Bəs mən bu vəziyyətdə olsaydım, nə edərdim?” Əsərin dili axıcı, süjeti isə sürprizlərlə doludur. Əgər oxuduğun kitab səni silkələyirsə,deməli o,dəyərli bir işə imza atıb.Mənə görə “Bir milyonluq xəyanət” də məhz belə bir əsərdir-səni rahat buraxmayan,bitəndən sonra da düşüncələrini məşğul edən bir kitab. Kitabın ikinci hissəsini səbirsizliklə gözləyirəm.Görəsən,hadisələr necə davam edəcək?! Yazarın qələmini çox bəyəndim.Repliklər yerində işlənmişdi,psixoloji nüanslara diqqətlə toxunulmuşdu.Və bir də diqqət etsəniz,romanda fəsillərin adları klassik əsərlərlə eynidir:Ana,Qürur və Qərəz,Madam Bovari və s.Bu məlumatı yazar özü vermişdi mənə,çox fərqli bir detal oldu mənimçün.
1000Kitap
Dr. SəidVüsal Aydın · Qanun nəşriyyatı · 2017123 okunma