Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ləpirçi: Mən Yeməli Deyiləm

Rövşen Abdullaoğlu

Ləpirçi: Mən Yeməli Deyiləm Gönderileri

Ləpirçi: Mən Yeməli Deyiləm kitaplarını, Ləpirçi: Mən Yeməli Deyiləm sözleri ve alıntılarını, Ləpirçi: Mən Yeməli Deyiləm yazarlarını, Ləpirçi: Mən Yeməli Deyiləm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
311 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mimi si çakula...
Sən necə möhtəşəm bir aləmsən?! Oxuduqca içinizdə kəpənəklər uçurdacaq,üzünüzü güldürəcək,gözünüzü yaşardacaq bir kitab... Oxumayanlar bunu uşaq kitabı kimi görsə çox yanılmış olar))Mən də yanılmışdım.Kitabda gözəl məlumatlar,psixoloji fikirlər yer alır. Şiddətlə tövsiyə edirəm)
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
-Bir șeyi əldə etmək çətindirsə, bizə elə gəlir ki,o bizim üçün çox-çox önəmlidir. Ürək daşı az tapılır; deyirik, çox dəyərlidir. Qara daşlar hər yerdə doludur,dəyərsiz bilirik. Bu iki daşın bir-birindən heç fərqi yoxdur, ikisi də daşdır. Ancaq düşmən üstümüzə gələndə onların başına qara daşlar yağdırırıq. Faydasız olmasına baxmayaraq, bizim üçün ürək daşı əzizdir, ondan vaz keçməyimiz çətindir. Əgər qara daş da çətin tapılan olsaydı, dəyərə minərdi.
Sayfa 226Kitabı okudu
Reklam
-Birinin ürəyini ələ alan kimi elə düşünürsən ki,ömürlük sənindir.Daha sözlərinə, hərəkətlərinə diqqət etmirsən.Kobud davranırsan, əzib -tökürsən, qayğıdan, diqqətdən məhrum qoyursan.Bir də görürsən ki, ürəyini səndən geri alıb, sənin isə heç xəbərin də olmayıb...
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Kitabı oxuyandan sonra Afrikada yaşamaq istədim lap >//< Afrika həyatı, təbiətlə bu qədər iç-içə olmaqları həmişə mənə qəribə gəlmişdi. Düzü, belə mövzunun diqqətimi çəkəcəyini də düşünmürdüm. Lakin kitaba başladıqdan sonra oxumağa can atdım. Sanki, artıq onlara haqq verirdim, həmçinin sözlərlə belə olsa təbiət təsvirlərindən zövq alırdım. Digər hissələrini də oxumaq üçün səbirsizlənirəm:D
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
-Hə,düz sözə nə deyəsən.Bir insanın sənə olan həqiqi münasibətini ona faydasız olanda görürsən...
Reklam
Darıxmaq elə sevginin başqa adıdır. Bu ikisi bir-birindən ayrılmır; uzaq olsan da, yaxın olsan da, sevdiyin üçün, doğmaların üçün darıxırsan.
Ailə təkcə iki gəncin birləşməsi deyil, iki nəslin eyniləşməsidir.
Zəiflər güclülərin hər addımını izləyər, ona görə də onları daha yaxşı tanıyarlar, güclülər isə zəifləri həmişə görməzdən gələrlər.
Reklam
Gizlilik başqalarını yorur. Bilmirlər, barəndə nə düşünsünlər.
Biz də insanlardan çox şey umuruq; istəyirik, özləri hər şeyi bilsinlər, biz anlatmadan anlasınlar.
495 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.