Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dağlar Arxasında Üç Dost

İlyas Efendiyev

Yorumlar ve İncelemeler

Tümünü Gör
312 syf.
·
Puan vermedi
·
5 günde okudu
Əvvəlcə onu qeyd edim ki, İlyas Əfəndiyevin bu romanı da "Söyüdlü arx" kimi sadə dildə yazılmış axıcı əsərdir (ilk dəfə incələmə yazmaq cəsarəti də bu sadəlikdən gəlir:)) Kitabın adı "Dağlar arxasında üç dost" olsa da əsərdə Səlimə və Şahların məhəbbəti ön plandadır. Digər iki dost Mikola və Qrişanı isə əsərdə çox az görürük.
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
Reklam
310 syf.
9/10 puan verdi
·
Beğendi
Azərbaycan ədəbiyyatından ilk oxuduğum əsər olan Dağlar arxasındakı 3 dost əsəri olduqca axıcıdır. Sevgidə yaşın fərqi yoxdur. Və insanlar necə xoşbəxt yaşayırlarsa elə də olmalıdır. Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyevin rolu çox böyükdür. Hər cümləsinin altında min məna yatan bir əsərdir Kitab çox maraqlı və axıcı olduğundan rahatlıqla oxuyabiləcəyiniz əsərdi. Xoş mütaliələr
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
9/10 puan verdi
·
7 günde okudu
️-Hayk, biz öz haqqımızı, xoşbəxtliyimizi köhnə əqidələrə, köhnə anlayışlara qurban verə bilmərik. Lap anamız da olsa qurban vera bilmərik. Bizim borcumuz bədbəxtlik törədən hər bir şeylə mübarizə aparmaqdır. İnsanın məhəbbətini, arzularını məhv etmək onun özünü məhv etmək demekdir.️ Axşamınız xeyr dostlar. Ramazan ayının 3 cü gününde Allah
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
·
Puan vermedi
·
9 günde okudu
Dostu unut, sənlə bizim aramızda olan dağlardan danış!
Dağlar arxasında üç dost var: azərbaycanlı Şahlar, ukraynalı Mikola və erməni Hayk...Nəzərə alsaq ki, dövrün tələbi vardı. Və ədəbiyyat da bu tələbdən yan keçə bilmirdi. Məhz bu səbəbdən altmışıncılar nəsli nə qədər əsasən qəhrəmanın hisslərinə yer versə də, sosialist düşüncəsindən uzaqlaşmağa, xalqların dostluğu məsələsindən yan keçməyə haqqı yox
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
Reklam
311 syf.
6/10 puan verdi
·
3 günde okudu
" Gözəllik, şairanəlik bütün həyata məxsusdur... "
Öncəliklə mövzusuna keçmədən onu deyim ki, əsər çox sadə dildə yazılıb. Sadəcə bəzi kəlimələr (ürgə, gədik,təlatüm vs.) var idi ki, izahlı lüğətə baxma ehtiyacı yaratdı. :) Əsərin başlıca mövzusu üç dostun həyatından çox, Şahlar ilə Səlimənin məhəbbətidir. Şahların anası Gülnisə xala isə bu məhəbbəti dəstəkləmir. O, oğlunun Səlimə kimi
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
·
Puan vermedi
·
Beğendi
Kitab İlyas Əfəndiyevdən oxuduğum 2 ci kitabdır, daha əvvəl "Xurşudbanu Natəvan"-ı oxumuşdum. Əsərin dili olduqca axıcıdır və zəngindir. Əsəri oxuyarkən gah gülür gah da çox əsəbləşirdim, sıxıldığım an demək olarki hec olmadı. Əsərdə ən sevdiyim obraz Bağdagül oldu. O, çox sədaqətli,mehriban bir qadındır. Ərinin necə illərdir ölməsinə baxmayaraq yenə də ona sadiqdir və onu hələdə sevir ona görə sevdiyi kişi ölməmişdir hələdə onu gözləyir. Əsərin baş qəhrəmanlarından Səliməyə onun sevgisinə, onun cəsarətinə heyran qaldım, amma Səlimənin Şahları ilahiləşdirməsini hec sevmədim. Şahların anası Gülnisənin isə qarışaması Güləbətini onların arasına girməsinə imkan yaratmasına isə olduqca əsəbləşirdim. Əsərin sonluğu biraz məndə suallar yaratdı sanki tam tamamlanmırdı:)
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
·
Puan vermedi
·
Beğendi
Kitabı oxuyarkən başdan sona qədər ağlımda dolaşan fikir: Yazar Şahların da duyğularını,hislərini bildirsəydi nə dəyişərdi? Kitab Qartallı dərə adlanan yazarın bizə havasından tutmuş yollarına,dağlarına qədər təsvir elədiyi möhtəşəm yerdə keçir. Kitab mənə görə 3 istiqamət üzrə inkişaf edir. Ən başlıcası Şahlarla Səlimənin münasibəti,2-ci fonda sovet dövründəki kolxoz,kənd, maldarlıq işləri və ən arxa planda isə Erməni Hayk,Ukraynalı Mikola və Azərbaycanlı Şahların dostluğu idi. Onlar əsgərlikdən bəri dostdurlar,kitabda çox az yer verilməsinə baxmayaraq münasibətləri çox gözəl əks etdirilib1963-cü ildə yazılan əsərdə ermənilərlə qonşuluq münasibətlərimiz də əksini tapmışdır. Əvvəllər necə də gözəl dostluq münasibətləri olubmuş. kaş aramıza qan düşməyəydi....... Kitabda köhnəlik və yeniliyin mübarizəsi kəndə gəlmiş zootexnik -Səlimə və kənd əhalisinin simasında verilmişdir. Səlimə ali təhsilli,müdrik qızdır və uzun illər hökm sürən və hələ da davam edən adət-ənənələrə,baxışlara qarşı mübarizə aparır. Onun mübarizəsini çox sevdim. Əsərdə bəyənmədiyim məqamlar olsa da, Qartallı Dərə,Bağdagül,Miko və Səliməni oxumaq, o dövrün adət-ənənələri ilə tanış olmaq çox zövqverici idi.
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
·
Puan vermedi
·
3 günde okudu
İlyas Əfəndiyevin yaradiciliğindan oxuduğum ikinci əsər oldu. Birinci "Söyüdlü arx" idi. İndi isə keçək əsərin təhlilinə: Əsəri oxuyarkən hər nə qədər əsəbiləşdiyim, qəbul edə bilmədiyim məqamlar olsa da , əsər maraqlı idi. Hadisələr Qartalli Dərə adlı məkanda baş verir. Əsərdə maldarliq, əkinçilik və kənd təsərrufatina geniş yer verilmişdir. Bu kəndə gələn zootexnik qiz Səlimə ilə igid,cəsur,imkanli, Şahlar arasında sevgi qığılcimlari baş qaldirir. Şahlarin anası Gulnisə xanim isə bu sevginin qarşisinda durur. Oğluna imkanli, adli-sanli Çıraq dayının qızı Gülbətini almaq istəyir. Bu hadisələr 1963 cu ildə baş verir ancaq müasir gunumuzdə də bu belə deyilmi?... Demək ki,insanların düşüncə tərzində dəyişən hec nə yoxdur. Səlimə Şahlara -"anan razı olmsa biz evlənə bilmərik" dəməklə ananın böyüklüyünü, xeyir duasının, raziliğinin vacibliyini bildirir. Əsərdə erməni Hayk, ukranyalı Miko və azərbaycanlı Şahlar arasındaki mohkəm, sadiq dostluğun şahidi oluruq. Hayk Şahlarin çətin zamanlarında ona kömək edir. Qış quraqlıq keçdiyi üçün yem ehtiyati olmayan Qartalli Dərəyə ot gətirir. Şahlar dostu Mikonun cətin zamanında arxa-dayağı olur. Mikonu öz yaşadığı kəndə gətirib ona qalacaq yer və iş verir. Hər üçü əsərdə öz fərdi xarakterləri ilə diqqəti cəlb edirlər. Miko ona xəyanət edib, başqa birisi ilə qoşulub qaçan yoldaşı Marqonu unuda bilmir ,sonda onu bağışlayır. Bağdagül bacı, Kəriş, Ayna, Soltan, Bəndalı kişi Sevdimal əmi və s. kimi obrazlar öz xususiyyətləri ilə əsəri maraqli edirlər.
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
Reklam
288 syf.
10/10 puan verdi
·
8 günde okudu
”Ətir can bəslədim güllər içində Zalım oğlu bir yaylağa gəlmədin . . .” XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan İlyas Əfəndiyevin #dağlararxasındaüçdost romanını @origin_book_club ‘la birlikdə oxuyub, aprel ayına olan müzakirəmizi başa vurduq. Təəssüf hissi ilə qeyd edirəm ki, yazıçıdan oxuduğum ilk əsər idi. İlyas Əfəndiyev Söyüdlü
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
10/10 puan verdi
Helloooo bu gün o qədər gözəl kitabla gəlmişəm ki. Çoxdandı bu hissləri yaşamırdim. Həqiqətən öz ədəbiyyatimizin yeri tamam ayridi. Oxuyarkən yerli ədəbiyyatimizdan oxumaq üçün darıxdığımı anladim. İlyas Əfəndiyevin qələmini dəhşət bəyənirdim onsuzda. Yazarın "Söyüdlü arx", "Körpüsalanlar " romanlarını oxuyub dəhşət
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
296 günde okudu
Əsər özündə bir çox mövzunu əks etdirib,istər ictimai,istər dostluq,istər məhəbbət və daha artığı.Bu mövzuların hər birinə az da olsa,yer verilib.Ümumiyyətlə,İlyas Əfəndiyevin qələmini çox sevirəm,indiyə qədər hər bir əsərini sevərək oxumuşam.Və çox qəribədir ki,bu əsərlərin hər birində də özümdən nəsə tapmışam.İnsana psixoloji cəhətdən müsbət təsir edir.Yaşadığı,düşündüyü hadisələri əks etdirir.Çox güman ki,buna görə də psixoloji roman adlanır.Bu əsəri də zövq aldığım əsərlərdən oldu
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Romanın adında üç dost olsa da, əsas surətlər Səlimə və Şahlardı. Səlimə şəhərdən Qartallı dərəyə zootexnik işləmək üçün gəlir. Qarlı qış günündə Şahların yardımı ilə kəndə çatır. Hadisələr isə bundan sonra başlayır Səlimə obrazını çox bəyəndim. Xüsusən, "mənim nəyimə lazımdı, maaşımı alıram, bəsdi" düşüncəsi ilə deyil, öz vicdanı və
Dağlar Arxasında Üç Dost
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017151 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.