Gönderi

" Gözəllik, şairanəlik bütün həyata məxsusdur... "
6/10
·311 syf.··
2021 64. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ağustos 2021 17:44
Öncəliklə mövzusuna keçmədən onu deyim ki, əsər çox sadə dildə yazılıb. Sadəcə bəzi kəlimələr (ürgə, gədik,təlatüm vs.) var idi ki, izahlı lüğətə baxma ehtiyacı yaratdı. :) Əsərin başlıca mövzusu üç dostun həyatından çox, Şahlar ilə Səlimənin məhəbbətidir. Şahların anası Gülnisə xala isə bu məhəbbəti dəstəkləmir. O, oğlunun Səlimə kimi nəsli-nəcabəti bilinməyən zootexnik qızı (!) ilə deyil, Qartallı Dərənin sayılıb-seçilən insanlarından olan, adlı-sanlı, var-dövlətli Çıraq dayının qızı Güləbətin ilə evlənməsini istəyir. Kitabın 1963-cü ilə aid olduğunu nəzərə aldıqda belə nəticə çıxır ki, bu 58 ildə heç nə dəyişilməyib. :') Əfsus ki, hal-hazırda da belə düşünən insanlar nəinki Azərbaycanda, dünyanın bir çox yerində mövcudluğunu qoruyur. Kitabın adı " Dağlar Arxasında Üç Dost " olsa da, bu üç dosta - Mikola, Qrişa və Şahlara, onların həyatlarına əsərdə o qədər də yer verilmir. Qrişa və Mikola sadəcə yan obraz kimi çıxış edir və demək olar ki, əsərin yarısına qədər olan hissədə onlardan bəhs edilmir. Əsərdə bir çox (həm yazı həm də məntiqi cəhətdən) xətalar da mövcuddur. Məsələn, yan obrazların hadisələri, öz duyğularını, yaşantılarını öz dilindən danışıb, baş obraz olan Şahların isə nəql etməməsi, bununla bərabər Səlimə, Mikola, Qrişa və digərlərinin hadisələri öz dillərindən nəql edərkən haradasa hər cümləni " Mən " əvəzliyi ilə başlamaları başlıca xətalardan biridir. Kitaba 6/10 bal verdim çünki əsərin bir çox yerini, xüsusən də sonlara doğru baş verən hadisələri heç bəyənmədim. Əsərdə Şahların (hətta sevdiyi qıza qarşı belə) həmişə qaşqabaqlı və əsəbi olması, Gülnisə xalanın Səliməyə qarşı zalımca hərəkətləri, kəndlilərin Gülnisə xalanın sözlərinə uyub Səliməyə qarşı olmaları, Səlimənin layiq olmayan insanlara həddindən artıq dəyər verməsi, Sevdimalı əminin hər yeniliyə qarşı çıxması və daha bu kimi hadisələr məndə kitaba qarşı pis təəssürat yaratdı. Kitabın yarısından sonrasını sırf Mikola, Qrişa və Şahların dostluğuna, sonlara doğru Güləbətinin məntiqli davranışlarına və bir də Bağdagül xala, Mikola və Kərişin zarafatlarına görə oxudum. Hər nə qədər bəyənmədiyim yanları çox olsa da, bəyəndiyim tərəfləri də oldu kitabın. Sırf bəzi obrazlar və onların həyatı üçün belə oxumağa dəyər məncə. :)
1000Kitap
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017215 okunma
·
587 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.