-Sən millətə kömək üçün hansı yolu əsas götürürsən?
-Maarifi. Əvvəlcə buradan başlamaq lazımdır. Elmi, mədəniyyəti artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi bacarsın, onu zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı bacarsın.