Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Sabina Xaniyeva

Sabina Xaniyeva
@booklover_sabi
Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə; küncdə kitabla tapdım
Gül Yetişdirən Adam
Gül Yetişdirən AdamRasim Özdenören
8/10 · 1 okunma
Reklam
168 syf.
·
Puan vermedi
·
4 günde okudu
6:27 Qatarındakı Qiraətçi
6:27 Qatarındakı QiraətçiJean Paul Didierlaurent
7.7/10 · 997 okunma
İnsanın sözündə gizlətdiyini səsi ortaya qoyur. Sözə pərdə olur, səsə isə yox. İnsan kədərlidirsə, bu ya onun simasında, ya da səsində, yaxud da kiçik bir davranışında özünü göstərəcək.
Sayfa 204 - Qədim Qala nəşriyyatıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Gedənlər həmişə belə düşünürlər: sanki nəyisə unudurlar. Halbuki insan nəyisə unutmaq üçün gedir. Gedərkən bir şeyi unutmaq problem deyil: insan daha böyük şeyi unutmaq üçün gedər. Geridə qalanların nə önəmi ola bilər ki?
Sayfa 197 - Qədim Qala nəşriyyatıKitabı okudu
İnsanın bir şeyə bağlanması asan deyil. Bağlandığın andan etibarən hara gedəcəyini sən yox, bağlılıqların müəyyənləşdirir. Bu özünü zəncirləyib açarı udmaq kimidir.
Sayfa 197 - Qədim Qala nəşriyyatıKitabı okudu
Reklam
heç bir şey təsadüfi deyil...
İnsan müxtəlif yerlərdə sanki birbaşa ona ünvanlanmış, elə bil həmin anda cavab verməli olduğu çətin suallarla qarşılaşır. Təkcə rastlaşdığınız insanlar deyil, bəzən bir reklam afişası, oxuduğunuz şeirin bir misrası, kitab mağazasında təsadüfən gördüyünüz kitabın üz qapağı, baxdığınız filmin ən axmaq personajı qəribə sual ünvanlayar və cavab verməyə hazır olmazsınız. Divardan asılan xəttatlıq nümunəsi də insanı çətin sualla qarşılaya bilər; insanın içindəki bütün qaranlıq otaqların qapısına dayanan sualla.
Sayfa 198 - Qədim Qala nəşriyyatıKitabı okudu
Mən açıq insanam. İçimdə nə varsa, dilimdədir. Mən belə insanları sevirəm. Çox danışması vacib deyil, sadəcə olaraq, içindəkini danışsın. Heç nə demək istəmirsə də, oturaq susaq, vecimə olmaz. Heç soruşmaram ki, niyə danışmırsan. Bilərəm ki, danışılası bir şey yoxdur, ona görə susuruq.
Sayfa 111 - Qədim Qala nəşriyyatıKitabı okudu
Qalmış kimi davranmaqdansa, getmək daha yaxşıdır. Məndən soruşası olsan, “getmə” deyərdim. İnsan, “nə vaxtsa geri dönərəm” deyib gedər, lakin sonra qayıtmağa yeri olmaz. Dönmək bir yana qalsın, üstündə addımlaya biləcəyin cığır belə qalmaz. Gedib qayıdan yoxdur? Əlbəttə, var. Bəzilərinin getməsi qaçılmazdır. Amma səninki belə deyil. Getmə.
Sayfa 85 - Qədim Qala nəşriyyatıKitabı okudu
Ata
Hər birimizin nəfəsi idi, bizim yerimizə nəfəs alırdı, səsi səsimiz olurdu, canımıza can, könlümüzə, dizimizə taqət idi, nə qədər zaman keçsə də, yorulmurduq; dənizlər bir-birinə qovuşanda, dağlar parçalananda, göy üzü yarılanda bizi xilas edəcək həqiqətin sirri yorğun ürəyini ortadan ayıracaq kimi köksünü tərpədirdi.
Sayfa 66 - Qədim Qala nəşriyyatıKitabı okudu
Həmin vaxt yıxılsaydım, öləcəkdim. İndi hələ də yıxılıram və bu dibsizlik düşüncəsi ölməkdən daha çox ağrı verir.
Sayfa 61 - Qədim Qala nəşriyyatıKitabı okudu
Reklam
Yaxşı xəbər gözləyənlər gələnlərin gözlərinə baxarlar. Xoş xəbər gözləməyənlər isə göz təması qurmağa belə ehtiyac duymazlar.
Sayfa 56 - Qədim Qala nəşriyyatıKitabı okudu
Bəzi məsələləri anlamaq üçün nə siyasət, nə sosiologiya, nə də psixologiya bilməyə ehtiyac var, bunlar cəhənnəm, bəzi məsələləri anlamaq üçün ağıl da lazım deyil.
Sayfa 55 - Qədim Qala nəşriyyatıKitabı okudu
Hekayəni başdan danışmaq lazımdır. Baxmayaraq ki, heç bir hekayənin başı olmur. Hər şey bir-birinə qarışanda, zaman keçdikcə həyat düz xəttə çevriləndə bizim hadisələri dərk etməyə başladığımız bir an olur, ancaq, əslində, o an hekayənin başlanğıcı deyil. Həyatın nizamını alt-üst edən hekayələrin başlanğıc anını tapmaq üçün əbəs səy göstərmək insana xas xüsusiyyətdir.
Sayfa 29 - Qədim Qala nəşriyyatıKitabı okudu
Danışmağa nə gərək var?
Halbuki artıq hər şey kağızlarda yazılır. Müqavilələrdə heç kimin oxuya bilməməsi üçün bit boyda hərflərlə uzun-uzadı izah edilir. Nə edəcəyimiz mikrofonlarla bütün ölkəyə diktə olunur, nə etməli olduğumuz bilbordlarda yazılıb, qəzetlər bunun üçün çıxır, istifadə qaydaları, qanun mətnləri açıq-aydın qarşımızdadır.
Sayfa 14 - Qədim Qala nəşriyyatıKitabı okudu
Getdiyin yolun işıqlı olması gedəcəyin yerin də işıqlı olacağı anlamına gəlmir. İşığa ehtiyacım yox idi.
Sayfa 10 - Qədim Qala nəşriyyatıKitabı okudu
698 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.