Эльчин Сафарли – Тут мой дом əsərini oxuyub bitirdim.
Növbəti Elçin Səfərli ürəyi, qələmi, prozası, duyğusu, incəliyi... Müəllifin hər əsərində, hər yazısında, qələmində dəniz, günəş, uşaqlıq xatirələri, bağ mövsümü, nənə və baba ilə bağlı xatirələr , bol-bol sevgi əks olunur.Mən bu yazarı çox sevirəm. Dili çox sadə, axıcı, ürəyəyatımlıdır.Noltalji hisslərlə oxuyuram hər kitabını.
Тут мой дом (Bu mənim evimdir) əsəri bir kişi və bir qadın haqqındadır.
Spoiler:
Əsər Amirin diliylə nəql olunur. Onun 9 yaşı var. Həyatının çətin anındadı. Ana və atası anlaşa bilmir. Uşaq bunu anlamır. Evdə hökm sürən sükut, atasının səssizliyi, anasının qəmginliyi, nənəsinin Amiri və onun balaca qardaşı Əlini təsəlli etməsi və uşaq canı ilə bu yükün altından qalxa bilməməyindən bəhs edir. Amirin uşaqlığı nənə babasıyla Abşeron bağlarında keçir. Abşeronu, dənizi, günəşi, itlərini, nənəsinin yeməklərini çox sevir. Lakin anlamır, böyüklərin bəzi seçim qarşısında qalmalarını anlaya bilmir. Amir böyüyəndə yazıçı olmaq istəyir. Hekayələri yaxşı danışır və yaxşı da yazmağı bacarır.
Uzun sürən sukutdan, anlaşılmazlıqdan sonra bir gün atası iş adı ilə onlarla sağollaşır və evi tərk edir. Amir onun geri qayıdacağına inanır, gözləyir, üzüntüdən xəstələnir lakin atası geri dönmür.Nənəsinin də dediyi kimi, bəzən böyüklər seçim qarşısında qalır, bəzən özlərini seçməyi seçirlər. Bizə onları sevmək və onların yanında olmaq düşür. kitabı oxuduqca Amirin bütün ağrısını hiss elədim. 39 yaşında 9 yaşındakı həyatını nəql edən balaca oğlan ağrı və boşluq ilə böyüyür.. Hissiz, bəzən sevgisiz, bəzən üsyankar amma tək..
Sonda o evinə geri dönür...Özünə qayıtmaq üçün, həyatındakı boşluğu doldurmaq üçün, yaşamaq üçün, var olmaq üçün köklərinə qayıdır. Hər şeyini satır, işini təhvil verir və doğulduğu,