Gönderi

10/10
·320 syf.··
2026 9. kitabı
Эльчин Сафарли – Тут мой дом əsərini oxuyub bitirdim. Növbəti Elçin Səfərli ürəyi, qələmi, prozası, duyğusu, incəliyi... Müəllifin hər əsərində, hər yazısında, qələmində dəniz, günəş, uşaqlıq xatirələri, bağ mövsümü, nənə və baba ilə bağlı xatirələr , bol-bol sevgi əks olunur.Mən bu yazarı çox sevirəm. Dili çox sadə, axıcı, ürəyəyatımlıdır.Noltalji hisslərlə oxuyuram hər kitabını. Тут мой дом (Bu mənim evimdir) əsəri bir kişi və bir qadın haqqındadır. Spoiler: Əsər Amirin diliylə nəql olunur. Onun 9 yaşı var. Həyatının çətin anındadı. Ana və atası anlaşa bilmir. Uşaq bunu anlamır. Evdə hökm sürən sükut, atasının səssizliyi, anasının qəmginliyi, nənəsinin Amiri və onun balaca qardaşı Əlini təsəlli etməsi və uşaq canı ilə bu yükün altından qalxa bilməməyindən bəhs edir. Amirin uşaqlığı nənə babasıyla Abşeron bağlarında keçir. Abşeronu, dənizi, günəşi, itlərini, nənəsinin yeməklərini çox sevir. Lakin anlamır, böyüklərin bəzi seçim qarşısında qalmalarını anlaya bilmir. Amir böyüyəndə yazıçı olmaq istəyir. Hekayələri yaxşı danışır və yaxşı da yazmağı bacarır. Uzun sürən sukutdan, anlaşılmazlıqdan sonra bir gün atası iş adı ilə onlarla sağollaşır və evi tərk edir. Amir onun geri qayıdacağına inanır, gözləyir, üzüntüdən xəstələnir lakin atası geri dönmür.Nənəsinin də dediyi kimi, bəzən böyüklər seçim qarşısında qalır, bəzən özlərini seçməyi seçirlər. Bizə onları sevmək və onların yanında olmaq düşür. kitabı oxuduqca Amirin bütün ağrısını hiss elədim. 39 yaşında 9 yaşındakı həyatını nəql edən balaca oğlan ağrı və boşluq ilə böyüyür.. Hissiz, bəzən sevgisiz, bəzən üsyankar amma tək.. Sonda o evinə geri dönür...Özünə qayıtmaq üçün, həyatındakı boşluğu doldurmaq üçün, yaşamaq üçün, var olmaq üçün köklərinə qayıdır. Hər şeyini satır, işini təhvil verir və doğulduğu, böyüdüyü Abşeron bağlarına geri qayıdır. Toz basmış satılıq üçün elan verilən satılmasına 10 gün qalmış uşaqlığını xatırlamaq üçün son dəfə evinə qayıdır. Və evi satmaqdan vaz keçir. Həyata, kökünə, bağlarına qayıtmaq, özünə qayıtmaq üçün, uşaqlıqdakı boşluqlarla, özü ilə yaşamaq üçün yenidən başlamaq, nənə babasınının xatirəsinə sadiq qalmağı seçir. Toz basmış evin qapısını açır və və evi satmaq fikrindən daşınır...Amir böyüyür...Babasına verdiyi sözü tutur. ***Hara gedirsən get.. Özünü tapmaq üçün mütləq getməlisən, Amir. Uzaqlara. Amma kökündən vaz keçmə... Əsəri rus dilində oxudum. Çox içdən, ruhunu hiss edərək. Yazar bütün emosiyalarını çatdırır oxucuya. Qələmi çox duyğu doludur. Иногда нужно уехать, чтобы понять… что менять первым делом следует себя, потом место. Что к своему таланту следует относиться ответственно; что Господь всегда держит над тобой руку, хотя будут дни, когда ты в этом усомнишься». Когда мы с братом грустили – дул северный ветер, и на море не пойти; у велосипеда слетело колесо, и теперь везти его на починку в город; лето заканчивалось, и скоро в школу, – бабушка баловала нас пирогом с айвовым джемом, пела песни, разрешала до ночи слушать радио и крепко нас обнимала. Если это не помогало, использовала свой коронный хмурый взгляд. «Походили денек с повисшими носами, и хватит. Иначе грусть станет привычкой».Она любила жизнь и не изменяла этому сильному чувству. «Сложить руки не выход. А в чем выход? В том, чтобы видеть, чувствовать красоту даже тогда, когда болит душа».Мы росли и все чаще встречались с грустью. Когда из-за темной бури не было видно маяков, вспоминали бабушкины слова: «Если грустно, заставьте себя улыбнуться. Это не избавит от боли, но улыбка поменяет мысли». Когда страшно, смотри на небо. Даже если оно темное, там можно увидеть звезды, полумесяц или то, как рождается свет. “Амир, мы все разные, каждому нужно свое количество любви - кому-то больше, кому-то меньше. Когда два человека влюбляются и сходятся, часто бывает, что одному необходимо больше, чем другому. Это не плохо - это те самые различия. Когда тот, кто хочет больше любви, ее не получает, ему больно. Но это не значит, что второй его не любит. Возможно, в нем нет такого количества любви, или же он не может или не хочет отдавать все одному человеку. Несовпадения полезны, они учат узнавать себя, понимать, что тебе нужно, принимать, что перед тобой не второй ты и не твоя половинка (кто придумал эту чушь с половинками?!), перед тобой тот, кто любит тебя и хочет быть с тобой, но не так, как ты это видишь. У него есть такое право. Тому, кто испытывает боль, тяжело это право признать. Хорошо, когда двое обсуждают свои чувства и переживания. Если им хватит сил и желания, они услышат друг друга, но могут и не услышать. В сказках, которые мы с тобой читали, все иначе. Это красивые, трогательные истории, но жизнь устроена сложнее, зато она намного увлекательнее сказки, в ней больше несовпадений. По мне, так даже интересней.” P.S. Qarışıq hisslərlə oxuyub bitirdiyim əsərdən çox seçmə paylaşa bilərdim. Kitabın hər cümləsi statusdu. Əsəri oxuduqca uşaqlığım üçün, köhnə Bakı üçün, nənə-babamçün çox darıxdım.. Natamam böyüyən bütün uşaqları düşündüm. Bəzən həqiqətən olmur, alınmır.. Bəzən məcbur seçim etməli olursan. Həyat çox acımasız və mürəkkəbdir. Amirin timsalında ata sevgisini uzaqdan -uzağa görüb böyüyən bütün uşaqların yerinə çox üzüldüm. Hər kəs öz həyatının memarıdır. Yıxılanda həyatdan üstümüzü silkələyib durmağı, usanmamağı, mübariz olmağı arzulayıram bütün qadınlarımıza... Kitabla qalın.. Təşəkkürlər sevimli yazarım
Tut moy dom (Тут мой дом)Elçin Safarli · AST · 20226 okunma
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.