Carpe diem

8/10
·494 syf.··
Beğendi
·
2026 10. kitabı
Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim. Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.((( Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır. SPOİLER: Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,4bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·320 syf.··
2026 9. kitabı
Эльчин Сафарли – Тут мой дом əsərini oxuyub bitirdim. Növbəti Elçin Səfərli ürəyi, qələmi, prozası, duyğusu, incəliyi... Müəllifin hər əsərində, hər yazısında, qələmində dəniz, günəş, uşaqlıq xatirələri, bağ mövsümü, nənə və baba ilə bağlı xatirələr , bol-bol sevgi əks olunur.Mən bu yazarı çox sevirəm. Dili çox sadə, axıcı, ürəyəyatımlıdır.Noltalji hisslərlə oxuyuram hər kitabını. Тут мой дом (Bu mənim evimdir) əsəri bir kişi və bir qadın haqqındadır. Spoiler: Əsər Amirin diliylə nəql olunur. Onun 9 yaşı var. Həyatının çətin anındadı. Ana və atası anlaşa bilmir. Uşaq bunu anlamır. Evdə hökm sürən sükut, atasının səssizliyi, anasının qəmginliyi, nənəsinin Amiri və onun balaca qardaşı Əlini təsəlli etməsi və uşaq canı ilə bu yükün altından qalxa bilməməyindən bəhs edir. Amirin uşaqlığı nənə babasıyla Abşeron bağlarında keçir. Abşeronu, dənizi, günəşi, itlərini, nənəsinin yeməklərini çox sevir. Lakin anlamır, böyüklərin bəzi seçim qarşısında qalmalarını anlaya bilmir. Amir böyüyəndə yazıçı olmaq istəyir. Hekayələri yaxşı danışır və yaxşı da yazmağı bacarır. Uzun sürən sukutdan, anlaşılmazlıqdan sonra bir gün atası iş adı ilə onlarla sağollaşır və evi tərk edir. Amir onun geri qayıdacağına inanır, gözləyir, üzüntüdən xəstələnir lakin atası geri dönmür.Nənəsinin də dediyi kimi, bəzən böyüklər seçim qarşısında qalır, bəzən özlərini seçməyi seçirlər. Bizə onları sevmək və onların yanında olmaq düşür. kitabı oxuduqca Amirin bütün ağrısını hiss elədim. 39 yaşında 9 yaşındakı həyatını nəql edən balaca oğlan ağrı və boşluq ilə böyüyür.. Hissiz, bəzən sevgisiz, bəzən üsyankar amma tək.. Sonda o evinə geri dönür...Özünə qayıtmaq üçün, həyatındakı boşluğu doldurmaq üçün, yaşamaq üçün, var olmaq üçün köklərinə qayıdır. Hər şeyini satır, işini təhvil verir və doğulduğu,
Tut moy dom (Тут мой дом)Elçin Safarli · AST · 20226 okunma
9/10
·188 syf.··
Beğendi
·
2026 8. kitabı
·
17 günde okudu
·
Okunma: 16 Mayıs 2026 12:10
Qriqoriy Petrovun -Ağ zanbaqlar ölkəsi romanını oxuyub bitirdim. Əsər Finlandiyanın Rusiya ilə birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edir. Kitabda Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını ağır durumdan çıxarması yolunda apardığı mübarizəsi ətraflı əks olunur. Daş-qayadan ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə və cəmiyyət dəyərləri, geridə qalmış sənaye və öz ölkəsini, cəmiyyətini, insanlarını xoşbəxt, mədəni və inkişaf etmiş bir gələcəyə daşımaq naminə mübarizə aparan aydınlar-fədailər... Əsərin əsas obrazı, qəhrəmanı kimi gördüyümüz Snelman "Xalqın müəllimi" tituluna layiq görülür və bu gün dünyanın ən inkişaf etmiş, ən mədəni ölkələrindən biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur. Snelman bir neçə ziyalı ilə başladığı işlərə, çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş, aydın-ziyalı yığa-yığa bütün ölkə ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində maarifləndirici çıxışlar, tədbirlər, söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin hər təbəqəsindən olan insanların aydınlanmasına can atan bir obrazdır. Snelman belə düşünür ki, xalqın və cəmiyyətin rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən asılıdır. Onlara siz bu cəmiyyətin, gəncliyin və gələcəyin qurucularısız deyə müraciət edir və əlavə edir ki, mənə özünü həqiqətən müəllim kimi hiss edən, çıxdığımız bu aydın yolda nəyin bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək olanlar lazımdır. Əgər aranızda kimsə özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə, peşələrə yönəlsin, harda cəmiyyətə fayda verə biləcəyini düşünürsə, o istiqamətdə çalışsın. "Xalqı unutmayın. Siz onların içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan qaçırsınız? Özünüzü onlardan üstün görürsünüz? Bəs bu xalqın
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 2016124,9bin okunma
8/10
·224 syf.··
Beğendi
·
2026 7. kitabı
Sonya Makvaninin - Sufinin 365 günü kitabını oxuyub bitirdim. Kitabın müəllifi hindistanlı müəllif, ekstrasens və intuisiya kanalı mütəxəssisidir. Fəaliyyəti meditadiya, sufi fəlsəfəsi, alternativ şəfa üsulları və daxili transformasiya mövzularını əhatə edir. Kitab çox sadə lakin dərin mənəvi təlimlərlə zəngin gündəlik meditasiyadır.İnsanların daxili dünyasına nüfuz edir, daxili aydınlıq , qəbul və bağışlama yolunda güclü bələdçidir. Dünyanın sevgi, arzular və azadlıq üçün oyun meydanı olduğunu bilən içinizdəki səsə. Azadlıq böyüyən dostluqdur, sevgi hədiyyələrimizin əkilməsidir və xəyal bunun şirəsini dünya ilə paylaşmaqdır… Mənim qədəhim boşdur… Gəl onu doldur… Meru kiçik bir şəhərdə yaşayan yetim qızdır. O, sari toxucusudur. İllər sonra uşaqlıq rəfiqəsi Zeytunla görüşür və onunla yaşamağa başlayır. Rəfiqələr Merunun sufi babası İbn -Ər-Rəşiddən miras qalab evdə müəmmalı gündəlik tapırlar. Bundan sonra həyatları dəyişir. Əsərin ötürdüyü mesaj ən çox özünə qayıdış, özünü tanımaq, özünükəşf, özünü sevmək, özünə yolculuq, daxili rahatlıq, huzur tapmaq, alilik, yaşamın anlamı , izahı , sakitliyə çatmaq və sonda bu yolda özünü tapmaqdır… Həyatımız boyunca yaşadığımız məyusluğa görə çox zaman üsyan edirik.Amma hər məyusluq təcrübəsi, əslində, həyatımızda dönüş nöqtəsidir, ya xəyallarımızı yaşamağa başlamağı , ya da bizə yaşamağa davam etməyi xatırlatmaq üçündür əslində. Çox vaxt getməyi seçdiyimiz yerlər nə isə alacağımızı bildiyimiz yerlərdir…Biz hər zaman müqəddəs saydığımız yerlərə gedirik, çünki orada eşidiləcəyimizə inanırıq.İnanırıq ki, axtardığımızı tapacağıq. Əslində , əldə etdiyimiz şey çıxdığımız həyat yoluna davam etmək üçün cəsarət və inamdır. Çıxdığınız yola inanmasanız nəticəsi də yaxşı olmayacaq. Həyatın özü müqəddəs bir vəzifədir.
Edebiyat
Sufinin 365 GünüSonia Mackwani · Qanun Nəşriyyatı · 20261 okunma
Puan vermedi
Kolin Huver - Hər şey bizimlə bitəcək( şiddətlə tövsiyə edirəm) Möhtəşəm bir kitabı oxuyub bitirdim. 10 ballıq şkala ilə 10. Uzun müddətdir nəsə getmirdi heç bir kitab.Əslində çox oxunaqlı və maraqlı əsər olmasına rəğmən uzun müddət mənimlə hər yeri gəzdi. Nəhayət bu gün bitirə bildim. Roman məişət zorakılığına aiddir və məişət zorakılığı qurbanlarını müdafiə etmək məqsədilə yazılıb. Bir növ avtobioqrafikdir. Əsərin çox hissələri, ümumi süjet və hadisələr yazar xanımın anasının həyatıdır. Uzun illər əri tərəfindən şiddətə məruz qalan və dözən bir ananın həyatı bu əsəri yazmağa vadar edir yazar xanımı. Dözmək istəməyən, özündə güc tapa bilməyən, şiddətə məruz qalan, psixoloji- fiziki hər cür şiddətlə yaşayan bütün qadınlara həsr olunur roman. Əsərin baş qəhrəmanı Lilidir. Bostonda kiçik gül dükanı biznesi var. Lili- uşaqlığı, travmalarla, atası tərəfindən döyülən və buna dözən anası ilə və illər sonra bu travmaları öz həyatına ötürən , münasibətlərdə çətinlik çəkən, və anası kimi özü də şiddətə məruz qalıb buna dözən , güclü bir qadındır. Anası vəhşicəsinə döyülüb, zorlanıb, bütün çəkdiklərinə rəğmən boşana bilməyib deyə Lili atasına həmişə nifrət edib.Heç vaxt anası kimi olmayacağını və böyüyən kimi evi tərk edəcəyini söyləyən Lili sonradan ona əl qaldıran, əsəbləşəndə özünü ələ ala bilməyən, hissələrini cilovlaya bilməyən birinə aşiq olur. O Rayldır. Neyrocərrah. İlk başdan çox sakit, düşüncəli və romantik. Sevməkdən qorxan tip.Şübhəci. Qisqanc. Rayl onu sevir.Lakin sevgi incitməkdirmi? Üzr istəmək etdiyin şeyləri , yaşantıları unutdura bilərmi?Qırdığın nəyisə köhnə olduğu kimi düzəltmək olarmı. ? Qırılan insan hər gün bir az dala gedir. Hər gün bir az geri gedir, azalır və yox olur. Əgər bir insan sevirsə o sevdiyini incidərmi?? Hər birimizin son həddi var. Biz
Hər Şey Bizimlə BitəcəkColleen Hoover · Qanun Nəşriyyatı · 20248,5bin okunma