“İblis!… O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var.
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın ve qadın düşgünü divanə bəbəklər.
Bin hiyle quran tülkü siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şer, zülmü xəyanət,
Onlar duruyorken bəni təhqirə ne hacət?!
Onlar, əvət onlar sizi göynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…
Bən tərk edərim sizləri əlan nəmə lazım!
Heçden gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir?
– Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
– İblis…”