Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Nikolya Boneni Şərqə Aparan Hekayə

Seymur Oruc
“Deyək ki, mən qatiləm. Olsun, deyək ki, həqiqətən, bu belədir. Bəs mən hansı ölkənin hüquq sisteminə özümü təslim etməliyəm? İngiltərənin? Fransanın? Ermənistanın? Yoxsa Azərbaycanın?” On səkkiz yaşı təzəcə tamam olmuş Nikolya Bone atasının etirafları ilə ailəsinin doğma övladı olmadığını öyrənir. O buna qətiyyən təəccüblənmir, sanki illərdir ki, bu etirafı gözləyirmiş kimi atasının üzünə soyuqqanlılıqla baxır. Lakin ata susmaq bilmir, o bu gün Nikolyanı təəccübləndirməkdə qərarlıdır. Əvvəlcə onu leqal yollarla götürmədiklərindən bəhs edir. Sonra isə Nikolya öyrənir ki, o, ümumiyyətlə, fransız deyilmiş. Azərbaycanlı imiş. Həmişə avropalı olduğu üçün qürurlanan Nikolya… Bəs görəsən, bu Azərbaycan Avropa ölkəsidir, ya necə? Özü də cəmisi 13000 dollara alıblar? Yəni bu qədər az? İlahi, yəni o bu qədər ucuzdur? “Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Təsadüfi deyil ki, çağdaş Azərbaycan ədəbiyyatında mövzu baxımından nümunəsinə az rastlanan bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək… “Maraqlı və əsrarlı hekayətdir. Gözlərimizi Parisdə yumub Qafqazda açırıq. Nikolya Bone axtarışdadır, özünü, kimliyini axtarır və bizi məcbur edir ki, bu səyahətdə ona yoldaşlıq edək”. — Xan Abdulla (redaktor)
Yazar:
Seymur Oruc
Seymur Oruc
Tahmini Okuma Süresi: 3 sa. 51 dk.Sayfa Sayısı: 136Basım Tarihi: Eylül 2023Yayınevi: Strauss Nəşriyyatı
ISBN: 9789952463286Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
136 syf.
8/10 puan verdi
·
3 günde okudu
Mən hansı ölkəyə, hansı dünyaya aidəm? Mən kiməm?
Fransada yaşayan jurnalist Nikolya Boneni öz ailəsinin bioloji olmadığını öyrənir. Üstəlik pul ilə satıldığını da öyrəndiyi zaman daha da sarsıdıcı zərbə alır. O, Azərbaycanlı bir ailə tərəfindən 13000 dollara hazırki Fransız ailəsinə satıldığını öyrənir. Hadisələr bundan sonra daha dəyişik hal alır. Nikolya daha sonra Azərbaycan və ermənistan arasındakı 2016-cı illərdə davam edən Aprel döyüşləri ərəfəsi jurnalist kimi işini görməyə davam edir. İlk öncə ermənistana, daha sonra isə sevmədiyi Azərbaycana gedib daha ətraflı bilgilərə yiyələnməyə çalışır. O Azərbaycanlı jurnalistlərlə birlikdə Azərbaycanın müxtəlif rayonlarını səfər edərək erməni vəhşiliyinin tarixdə buraxmış izlərinə gözləri ilə şahid olur. İlk başlarda personajın bəzi siyasi fikirləri acı həqiqətləri sadalayan zaman, həyata, sistemə və digər şeylərə süst yanaşmamı təzələmiş oldu. Lakin kitabın bir bölməsindən sonra mövzu tamamilə dəyişir və axıcı şəkildə davam edir. Spoiler vermirəm. Yazı üslubu yorucu olmadığı üçün oxuya biləcəyiniz və dostlarınıza da kimliyindən asılı olmayaraq hədiyyə edə biləcəyiniz bir kitabdır deyə düşünürəm.
Nikolya Boneni Şərqə Aparan Hekayə
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202311 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.