Danış Görək

Coşqun Kərimov
Tahmini Okuma Süresi:
6 sa. 14 dk.
Sayfa Sayısı:
220
Basım Tarihi:
2023
Yayınevi:
Bakı, Dastan Yayımları
ISBN:
9789952551228
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·220 syf.··
Beğendi
·
2024 9. kitabı
·
58 günde okudu
·
Okunma: 02 Temmuz 2024 16:13
Natiqlik incə mövzudur. Çox söz bilmək mühüm deyil, mühüm olan sözü harada işlətməyi bilməkdir. Coşqun bəy bu kiçik çaplı görünən kitabda dəyərli və ən mühüm məqamlara toxunub. Kitabın dili çox axıcıdır, lakin bu axara qapılıb kitabı tez bitirməyinizi tövsiyə etmirəm. Oxuyan zaman mütləq şəkildə qeydlər apararaq, verilən tapşırıqları işləmək lazımdır. Kitabda bir çox şəxslərin çıxışları, təcrübələri də fakt olaraq qeydə alınıb. Çıxışımızı təkcə danışığımızla deyil, başqa nələr ilə zənginləşdirə bilərik, hansı şəkildə başlayıb, bitirə bilərik? Məşhur şəxslər öz çıxışlarından öncə hansı üsullardan istifadə edir? Həyəcanımızı bəlli etmədən auditoriya hakimiyyətini necə qura bilərik? Bu kimi suallara "Danış görək" kitabında cavab tapa biləcəksiniz.
Psikoloji
Danış GörəkCoşqun Kərimov · Bakı, Dastan Yayımları · 202314 okunma
Natiqlik
Puan vermedi·220 syf.··
2023 53. kitabı
·
1 saatte okudu
·
Okunma: 12 Kasım 2023 00:00
1 nəfəsə kitab bitirmək… Kitabda yazılan 10 qaydanı Coşqun müəllimdən canlı dinləmək şansım olmuşdu. Bəs bildiyim kitabı niyə bir nəfəsə oxudum ki? Coşqun Kərimovun elə bir stili var ki, onun yazdıqlarını oxuyanda və ya dinləyəndə mütləqdir ki, yeni nəsə öyrənirəm. Hətta kitabı oxumağa başlamadan adı ilə belə nəsə öyrədir; - Kvan, Ubuntu, Alamo13, Onqaku, Lamartin - bu adların hər birinin bir mənası kitabla uyğunlaşa bilən hekayəsi var. Bu kitabın adı isə digər 8 kitabdan fərqlənir, söz oyunu yoxdur, mesaj açıqdır. Danış Görək deyir. Yaxşı nitqi göstərə bilməyimiz üçün də 10 qaydanı yazır. Hətta deyərdim ki, kitabı yazarkən belə bu qaydaları tətbiq edərək əyani göstərib. Məhz bəlkə də budur kitabı (yaxşı nitqi) ara vermədən bir nəfəsə bitirmək həvəsi yaradan. Xüsusi qeyd: Coşqun Kərimovun kitablarının pdf formasını @kofe.al platformasından pulsuz yükləyib, oxuya bilərsiniz.
Danış GörəkCoşqun Kərimov · Bakı, Dastan Yayımları · 202314 okunma
10/10
·220 syf.··
Beğendi
·
2023 45. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Aralık 2023 12:18
Coşqun Kərimovun bu kitabı tam da mənim üçün idi. Natiqliyi, çıxış etməyi sevdiyim üçün mükəmməl bir rastlantı oldu. Üstəlik yazarın heç bir səbəb olmadan kitabı imzalı olaraq mənə hədiyyə etməsi tam yerinə düşdü. Burdan Gold yazarıma təşəkkürlər Kitab danışmağın qaydalarını, daha doğrusu düzgün və gözəl nitq qurmağın, çıxış etməyin qaydalarını bizlərə təqdim edir. Bu qaydaların bir neçəsini Chris Anderson'un TED nitqləri kitabından xatırlayırdım. Hər iki yazar ən əhəmiyyətli nüansları vurğulayır və demək olar ki, eyni natiqləri məsəl çəkirdilər. Bəs bu kitabı fərqləndirən əsas şey nədir?! Təbii ki, Coşqun Kərimov stili və biliyi. Nəticə olaraq hər kəsə mütləq, mütləq və mütləq şəkildə kitabı oxumağı tövsiyyə edirəm. Hələlik, gözəlim...
Danış GörəkCoşqun Kərimov · Bakı, Dastan Yayımları · 202314 okunma

Yazar Hakkında

Coşqun KərimovYazar · 6 kitap
Coşqun Kərimov bir yazar ve topluluk önünde konuşma koçudur. 10 yılı aşkın süredir kamu ve özel kuruluş başkanlarının, girişimcilerin ve uzmanların yerel ve uluslararası etkinliklerde etkili konuşmalarına yardımcı olmaktadır. KOBIA, KOICA, MCDonalds, Kapital Bank, Merkezi Olimpiyat Komitesi, BCC Akademi, Four Seasons Baku ve Fairmont gibi markalar onun iletişim ve topluluk önünde konuşma becerileri eğitiminden faydalandı. Dünyaca ünlü eğitmen ve yazar Brian Tracy, kişisel gelişim için önerilen bir kitap olan KVAN'ın yazarıdır. Tüm kitapları kitlesel fonlama yoluyla yayınlanmıştır.