·
Okunma
·
Beğeni
·
54
Gösterim
Adı:
Onqaku
Baskı tarihi:
2019
Sayfa sayısı:
240
Format:
Karton kapak
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Baki Neşriyat
235 syf.
·3 günde·Beğendi·9/10 puan
Saudade- çox sevdiyin biri üçün və ya çox sevdiyin bir an üçün möhkəm şəkildə darıxmaq hissidir. Həmin insanı və həmin anı qaytarmaq istədiyin üçün bu yaşanır.
Portuqaliya sahillərindən okeanlara üz tutan, uzun səyahətlərə çıxıb bir daha evə qayıtmayan, on minlərlə itkin insanı yad etmək üçün istifadə olunub.
Onu deyə bilərəm ki, hələ də gerçəkləşməmiş arzular, səslənməmiş etiraflar, varlığından xəbərsiz olduğumuz insanlar, dinlənilməmiş musiqilər varsa ,həyat davam edir o zaman....
Coşqun Kərimov
"Onqaku" kitabından
"Notlar"
Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilməz...
Coşqun Kərimov sözünüdemiş gənc azərbaycanlı yazarlarından biridir. Düzünü desəm kitabla tanış olmazdan əvvəl Coşqun Kərimov haqqında heç bir məlumatım yox idi. Lakin dostumun hədiyyəsi olan bu kitabdan sonra müəllif barəsində araşdırma etdim.Yazılarını oxudum, yazıçı, həyatımda vərəqləmək üçün yeni səhifələr nəticə çıxaracağım yeni sətirlər yazmışdı. Ən əsası isə idealist biri idi. Hadisələrdə absurt, qeyri-adi olan, mistika demək olar ki, yox dərəcəsində idi. Bu idi kitabı sevdirən. Yazdığı hər bir "not" reallıqdan bəhrələnirdi.
Onqaku- Qəribə kəlmədir, elə deyilmi!?
"On"-səs, "qaku"- xoşa gəlmək mənasını yaponca ifadə edir. Bu ifadələr birləşən zaman "musiqi" deyilən bir qavram yaranır. Hansı ki, hər dəfə xoş xatirəmizi yada salanda mütləq ki, həmin anla bərabər əsrarəngiz musiqi parçamız da qulağımıza səslənir. Hər dəfə kitabı vərəqləyərkən, nə vaxt bitəcək duyğusu deyil, heç bitməyə duyğusu bürüyürdü məni. Bəlkə də heç vaxt belə səmimi kitab oxuya bilməyəcəyim hissi idi.
Kitabdan çıxardığım nəticələrdən qaynaqlanaraq deyə bilərəm ki, hələ də gerçəkləşdirilməmiş arzular, tanımağa imkanımız olmayan insanlar, səslənməsi gərəkən etiraflar, dinlənilməsi lazımlı olan musiqilər varsa, həyat davam edir o zaman....
Hal-hazırda özümü sonda qoyulan nöqtə kimi hiss edirəm. Hərflərdən ibarət söz ,sözlərdən ibarət cümlə kimi ola bilməyən bir nöqtəyəm. Hamısı məndən əvvəl gəlir. Hamısından uzaqda dayanan oluram...
Kitabı bölmə- bölmə, yaxud da az az oxumaq daha məsləhətlidir.Cosqun bəy fikirlərini əsrarəngiz izah edir.İncəlikləri anlamaq üçün yarımbaşlıqlara diqqətlə baxmaq lazımdı.

Kitabın basım bilgileri

Adı:
Onqaku
Baskı tarihi:
2019
Sayfa sayısı:
240
Format:
Karton kapak
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Baki Neşriyat

Kitabı okuyanlar 4 okur

  • Matİlda
  • Nermin Feteliyeva
  • Esmer Tofiqli
  • Natavan Amiraslan

Kitap istatistikleri

Okur puanlamaları

10
%0
9
%100 (1)
8
%0
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%0