Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Onqaku Sözleri ve Alıntıları

Onqaku sözleri ve alıntılarını, Onqaku kitap alıntılarını, Onqaku en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir iş yoldaşım öz xatirəsini bölüşür: "Dövlət qulluğuna imtahan verməliydim. Belə vacib gündə həyəcanla evdən çıxdı. Elə blokdan çıxırdım ki, qarşımda qara bir pişiyin dayandığını gördüm. Nə illah etsəm də, pişik dayanmadı, qabağımdan keçib getdi. Deyinə-deyinə imtahan binasına yollandım. Həmin gün imtahanı verdim. Hər şey qaydasında keçdi. Nəticələrini hesablayıb gördüm ki, keçmişəm. Evə qayıdanda həmin qara pişiyin öldüyünü gördüm.":( #BƏZƏN QARA PİŞİKLƏRİ MƏHZ BİZ İNSANLARDAN QORUMAQ DAHA FAYDALIDIR.
Bəzən bir olub həyat imtahanından kəsilmək birinci olub yalnız qalmaqdan daha yaxşıdır...
Reklam
Biz həyatımızı dəyişəcək fürsəti gözləyirik. Düşünürük ki, həmin o şans bizə verilsə, mütləq dəyərləndirəcəyik. Maraqlıdır ki, fürsət qapını təkbaşına döymür. Qapını açıb görürsən ki, yanında fürsətin özü boyda təzyiq də dayanıb.
Pişiklər
Bəzən qara pişikləri məhz biz insanlardan qorumaq daha faydalıdır. Bizdə olan enerjiyə 9 canı olanlar belə tab gətirə bilmir
Sayfa 36
Bəzən bir olub həyat imtahanından kəsilmək birinci olub yalnız qalmaqdan daha yaxşıdır...
Ruhuna başqa ruhun qığılcımı toxunmasa, qoru düşməsə, həqiqi kimliyini tapa bilməzsən! Qaranlığa bürünmüş ürəyinin, əslində, nə qədər böyük olduğunu va yaxşı olmağa nə qədər qadir olduğunu bilə bilməzsən..
Reklam
"İnsanlar şüşə qablara çox bənzəyir. Onlar yalnız sınanda, defektləri üzə çıxanda dayana bilir. Qalan vaxtlarda isə daim hərəkətdə olub marketlərə gedirlər. Ordan insanların əllərinə keçirlər. Suları içilir. Boş və ziyyətdə zibil qutularına atılır. Nəhayət, "təkrar emal" üçün zavoda qayıtmalı və eyni prosesdən təzədən keçməli olurlar". Bir şüşə qabın həyatı bir qazanda başlayır və eyni qazanda bitir. Ancaq rəfdə dayanan "yararsız" şüşəni tamam fərqli aqibət gözləyir.
Bu dünyada ədalət varmı? Bu barədə müxtəlif fikirlər var. Ədiblərdən biri deyir: "Ədalətsizlik yağan yağışa bənzəyir. Yağışın səninlə qərəzi yoxdur. Təkcə səni islatmağa çalışmır. Yağış hər yerə yağır və nəticədə sən də yaş olursan". Alternativ olaraq bolluq və rifahla bağlı da belə bir fikir eşitmişəm: "İnsan həyatını dəyişəcək fürsətlər yağan yağışa bənzəyir. Bəziləri bu yağış sularının altına qaşıq, bəziləri fincan, bəziləri isə vedrə qoyur. Hətta elələri var ki, quyu qazır. Yəni yağış hər kəs üçün yağır, ancaq hər kəs bunun fərqinə varacaq qədər islanmır. Çünki düşüncələrdən ibarət çətirlər buna mane olur". Ürəkdən islanan və yağışdan qorxmayan bütün cəsur insanlara hörmətlə...
O biri həyata inanırsan? - İnanmaq istəyirəm. - Bilirsən də, dini rəvayətlərin çoxu sənin kimi əfəllər üçün yazılıb. - Bilirəm. - Bəs niyə inanmaqdan əl çəkmirsən? Çünki bu rəvayətlər bir-birinə oxşasa da, qulaq asanlara rahatlıq gətirir. - Nə rahatlığı? Sonda hər şeyin yaxşı qurtaracağına inanmağın rahatlığı. İnsan verdiyi qərarların, atdığı addımların yaxşı nəticələnəcəyinə o qədər əmin olmaq istəyir ki... onu əfəlləmək üçün iri şirkətlərdən tutmuş xırda fırıldaqçılara kimi hər kəs növbəyə düzülür. Ancaq paradoks da məhz bu əfəllərin də öz sonlarını yaxşı görməsindədir. Yəni onlar da düşünürlər ki, bu qədər haqları yeyilib dəfələrlə aldadılıblar, əvəzində canlarını əcəldən və ya ədalətdən qurtara biləcəklər.
Uzaqlaşma
Məsafə artdıqca geriyə baxmağın mənası qalmır
Sayfa 241
Reklam
"Ətrafın bilməyənlərlə doludursa, danışmağa və bildiyini göstərməyə tələsmə. Dost əvəzinə, özünə çox sayda düşmən qazanarsan."
Coşqun Kərimov "Onqaku" kitabından "Notlar" Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilməz... Coşqun Kərimov sözünüdemiş gənc azərbaycanlı yazarlarından biridir. Düzünü desəm kitabla tanış olmazdan əvvəl Coşqun Kərimov haqqında heç bir məlumatım yox idi. Lakin dostumun hədiyyəsi olan bu kitabdan sonra müəllif barəsində araşdırma etdim.Yazılarını oxudum, yazıçı, həyatımda vərəqləmək üçün yeni səhifələr nəticə çıxaracağım yeni sətirlər yazmışdı. Ən əsası isə idealist biri idi. Hadisələrdə absurt, qeyri-adi olan, mistika demək olar ki, yox dərəcəsində idi. Bu idi kitabı sevdirən. Yazdığı hər bir "not" reallıqdan bəhrələnirdi. Onqaku- Qəribə kəlmədir, elə deyilmi!? "On"-səs, "qaku"- xoşa gəlmək mənasını yaponca ifadə edir. Bu ifadələr birləşən zaman "musiqi" deyilən bir qavram yaranır. Hansı ki, hər dəfə xoş xatirəmizi yada salanda mütləq ki, həmin anla bərabər əsrarəngiz musiqi parçamız da qulağımıza səslənir. Hər dəfə kitabı vərəqləyərkən, nə vaxt bitəcək duyğusu deyil, heç bitməyə duyğusu bürüyürdü məni. Bəlkə də heç vaxt belə səmimi kitab oxuya bilməyəcəyim hissi idi. Kitabdan çıxardığım nəticələrdən qaynaqlanaraq deyə bilərəm ki, hələ də gerçəkləşdirilməmiş arzular, tanımağa imkanımız olmayan insanlar, səslənməsi gərəkən etiraflar, dinlənilməsi lazımlı olan musiqilər varsa, həyat davam edir o zaman....
Onu deyə bilərəm ki, hələ də gerçəkləşməmiş arzular, səslənməmiş etiraflar, varlığından xəbərsiz olduğumuz insanlar, dinlənilməmiş musiqilər varsa ,həyat davam edir o zaman....
Digər kitablardan fərq ondadır ki, bu kitabda yazar demiş hər silsilənin sonunda hörmətlə xitabı var...
Sual: "Siz bir tarixi ilkə imza atmaq istəsəydiniz, bu nə olardı?
28 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.