Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu dünyada ədalət varmı? Bu barədə müxtəlif fikirlər var. Ədiblərdən biri deyir: "Ədalətsizlik yağan yağışa bənzəyir. Yağışın səninlə qərəzi yoxdur. Təkcə səni islatmağa çalışmır. Yağış hər yerə yağır və nəticədə sən də yaş olursan". Alternativ olaraq bolluq və rifahla bağlı da belə bir fikir eşitmişəm: "İnsan həyatını dəyişəcək fürsətlər yağan yağışa bənzəyir. Bəziləri bu yağış sularının altına qaşıq, bəziləri fincan, bəziləri isə vedrə qoyur. Hətta elələri var ki, quyu qazır. Yəni yağış hər kəs üçün yağır, ancaq hər kəs bunun fərqinə varacaq qədər islanmır. Çünki düşüncələrdən ibarət çətirlər buna mane olur". Ürəkdən islanan və yağışdan qorxmayan bütün cəsur insanlara hörmətlə...
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.