Carpe diem

Carpe diem

, bir kitap okudu
9/10
·188 syf.··
Beğendi
·
17 günde okudu
·
2026 8. kitabı
Grigory Petrov
8.4/10 · 124,7bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·224 syf.··
Beğendi
·
2026 7. kitabı
Sonya Makvaninin - Sufinin 365 günü kitabını oxuyub bitirdim. Kitabın müəllifi hindistanlı müəllif, ekstrasens və intuisiya kanalı mütəxəssisidir. Fəaliyyəti meditadiya, sufi fəlsəfəsi, alternativ şəfa üsulları və daxili transformasiya mövzularını əhatə edir. Kitab çox sadə lakin dərin mənəvi təlimlərlə zəngin gündəlik meditasiyadır.İnsanların daxili dünyasına nüfuz edir, daxili aydınlıq , qəbul və bağışlama yolunda güclü bələdçidir. Dünyanın sevgi, arzular və azadlıq üçün oyun meydanı olduğunu bilən içinizdəki səsə. Azadlıq böyüyən dostluqdur, sevgi hədiyyələrimizin əkilməsidir və xəyal bunun şirəsini dünya ilə paylaşmaqdır… Mənim qədəhim boşdur… Gəl onu doldur… Meru kiçik bir şəhərdə yaşayan yetim qızdır. O, sari toxucusudur. İllər sonra uşaqlıq rəfiqəsi Zeytunla görüşür və onunla yaşamağa başlayır. Rəfiqələr Merunun sufi babası İbn -Ər-Rəşiddən miras qalab evdə müəmmalı gündəlik tapırlar. Bundan sonra həyatları dəyişir. Əsərin ötürdüyü mesaj ən çox özünə qayıdış, özünü tanımaq, özünükəşf, özünü sevmək, özünə yolculuq, daxili rahatlıq, huzur tapmaq, alilik, yaşamın anlamı , izahı , sakitliyə çatmaq və sonda bu yolda özünü tapmaqdır… Həyatımız boyunca yaşadığımız məyusluğa görə çox zaman üsyan edirik.Amma hər məyusluq təcrübəsi, əslində, həyatımızda dönüş nöqtəsidir, ya xəyallarımızı yaşamağa başlamağı , ya da bizə yaşamağa davam etməyi xatırlatmaq üçündür əslində. Çox vaxt getməyi seçdiyimiz yerlər nə isə alacağımızı bildiyimiz yerlərdir…Biz hər zaman müqəddəs saydığımız yerlərə gedirik, çünki orada eşidiləcəyimizə inanırıq.İnanırıq ki, axtardığımızı tapacağıq. Əslində , əldə etdiyimiz şey çıxdığımız həyat yoluna davam etmək üçün cəsarət və inamdır. Çıxdığınız yola inanmasanız nəticəsi də yaxşı olmayacaq. Həyatın özü müqəddəs bir vəzifədir.
Edebiyat
Sufinin 365 GünüSonia Mackwani · Qanun Nəşriyyatı · 20261 okunma

Carpe diem

, bir kitap okudu
8/10
·224 syf.··
Beğendi
·
2026 7. kitabı
Sonia Mackwani
8/10 · 1 okunma
Puan vermedi
Kolin Huver - Hər şey bizimlə bitəcək( şiddətlə tövsiyə edirəm) Möhtəşəm bir kitabı oxuyub bitirdim. 10 ballıq şkala ilə 10. Uzun müddətdir nəsə getmirdi heç bir kitab.Əslində çox oxunaqlı və maraqlı əsər olmasına rəğmən uzun müddət mənimlə hər yeri gəzdi. Nəhayət bu gün bitirə bildim. Roman məişət zorakılığına aiddir və məişət zorakılığı qurbanlarını müdafiə etmək məqsədilə yazılıb. Bir növ avtobioqrafikdir. Əsərin çox hissələri, ümumi süjet və hadisələr yazar xanımın anasının həyatıdır. Uzun illər əri tərəfindən şiddətə məruz qalan və dözən bir ananın həyatı bu əsəri yazmağa vadar edir yazar xanımı. Dözmək istəməyən, özündə güc tapa bilməyən, şiddətə məruz qalan, psixoloji- fiziki hər cür şiddətlə yaşayan bütün qadınlara həsr olunur roman. Əsərin baş qəhrəmanı Lilidir. Bostonda kiçik gül dükanı biznesi var. Lili- uşaqlığı, travmalarla, atası tərəfindən döyülən və buna dözən anası ilə və illər sonra bu travmaları öz həyatına ötürən , münasibətlərdə çətinlik çəkən, və anası kimi özü də şiddətə məruz qalıb buna dözən , güclü bir qadındır. Anası vəhşicəsinə döyülüb, zorlanıb, bütün çəkdiklərinə rəğmən boşana bilməyib deyə Lili atasına həmişə nifrət edib.Heç vaxt anası kimi olmayacağını və böyüyən kimi evi tərk edəcəyini söyləyən Lili sonradan ona əl qaldıran, əsəbləşəndə özünü ələ ala bilməyən, hissələrini cilovlaya bilməyən birinə aşiq olur. O Rayldır. Neyrocərrah. İlk başdan çox sakit, düşüncəli və romantik. Sevməkdən qorxan tip.Şübhəci. Qisqanc. Rayl onu sevir.Lakin sevgi incitməkdirmi? Üzr istəmək etdiyin şeyləri , yaşantıları unutdura bilərmi?Qırdığın nəyisə köhnə olduğu kimi düzəltmək olarmı. ? Qırılan insan hər gün bir az dala gedir. Hər gün bir az geri gedir, azalır və yox olur. Əgər bir insan sevirsə o sevdiyini incidərmi?? Hər birimizin son həddi var. Biz
Hər Şey Bizimlə BitəcəkColleen Hoover · Qanun Nəşriyyatı · 20248,5bin okunma
8/10
·135 syf.··
Beğendi
·
2026 4. kitabı
Abdo Vazen - Havanın rəngini görən uşaq Kitab 13 yaşlı gözdən əlil Basimin həyatından bəhs edir. Basim görə biləməyi ubatından adi məktəbə gedə bilmir. Odur ki on üç yaşında Beyrutda yerləşən Gözdən Əlillər İnstitutuna getmək üçün kəndini tərk edir. Orada o, Brayl əlifbasını öyrənir və özündə bilmədiyi istedadları kəşf edir. Kompyuterdə yazmağı öyrənir. Kitabxanaçı qıza kitabları Brayl əlifbasında yazmağa kömək edir.Özündən balaca siniflərə ərəb dili dərsi keçir. Basim oxumaq və yazmaq bacarığını inkişaf etdirmək üçün hər gün səylə çalışır. Çox arzu edir , çox çalışır. Ailəsi üçün darıxır. Əmisiqızı Zeynəb üçün çox darıxır.Uşaq vaxtından ona kitablar oxuyan Zeynəb ilə Basim yaşıddır.Basim onu uşaqlıqdan sevir. Zeynəb mərhəmətli, çalışqan qızdır. Yazar əsərin sonunda Basimlə Zeynəbin sonluğunu oxucu təxəyyülünə buraxır.”Bir gün gələcək Zeynəbin gözləri mənim gözlərim olacaq..Bir gün gələcək hamı onu sevdiyimi öyrənəcəkdir…” Basim özünə məktəbə gələndə uğur qazanacağına, çalışacağına söz verir. Çox çalışır və istədiyi nailiyyəti əldə edir. Nəhayət Basim Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə qatılır. Yarışda Basimi digər iştirakçılardan fərqləndirən əsas cəhət görmə qabiliyyətinin olmaması olur. Lakin bu fiziki məhdudiyyətinə rəğmən, o, birinci yerə çıxır. Bundan sonra Basim təhsil aldığı instituta işə qəbul edilir. Əsəri oxuduqca nə qədər şeylərin bizim üçün çox adi olduğunu gördüm.Gözdən əlil uşağın “Hava nə rəngdədir?”- sualı məni düşündürdü.Görəsən heç görməyən birinə havanın rəngini izah edə bilərəmmi? Əlimizdə olanlar, bizə verilənlər üçün şükür etdim. 2012-ci ildə bu əsər uşaq ədəbiyyatı üzrə Şeyx Zayed kitab mükafatının qalibi olub. Qədim Qala nəşriyyatı P.S. Kitabla qalın,Ümidinizi itirməyin, Allah sizi bir yola çıxarıbsa o yolun sonunu özü
Havanın Rəngini Görən UşaqAbdo Wazen · Qədim Qala · 2024105 okunma