Carpe diem

9/10
·328 syf.··
Beğendi
·
2026 2. kitabı
Marc Levy-nin Aşiq Xəyalət romanını oxuyub bitirdim. Uzun müddətdir belə axıcı, gülməli, maraqlı, fantastik roman oxumurdum. Növbəti Marc Levy qələmi. Tərcümə də çox gözəldir. Çünki yumoru , atmaca və replikləri tərcüməçi xanım tam yerində saxlayıb. ***Gənc pianoçu Tomas bir gün evində xəyalət görür. Xəyalət onun 5 il öncə vəfat edən atasıdır. O əbədi həyata qovuşmaq üçün oğlundan çox qəribə bir şey xahiş edir.Tomasa bu çox çılğın və dəlilik kimi görünsə də, atasının son arzusunu yerinə yetirir.Bu yolda Fransadan San -Fransiskoya uçan Toması çox maraqlı görüşlər, macəra, gülməli dialoqlar gözləyir. Əsər ata-oğul münasibətlərindən, əbədi məhəbbətdən, səmimi hisslərdən bəhs edir. Tövsiyə edirəm oxuyun. Həyatın, işin yorğunluğunu unutmaq olur bu əsərlə. P.S sağ ikən ürəyinizdəkiləri valideynlərinizə deyin. İçinizdə saxlamayın.Hər şey vaxtında gözəldir.İnsanlar həyatda ikən sevildiklərini bilməlidirlər. Sevgi verin və inanın o sizə mütləq qayıdacaq. Kitabla qalın Möcüzələrə, işarələrə, xəyallarınıza inanın
Aşiq XəyalətMarc Levy · Qanun Nəşriyyatı · 030 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
4/10
·144 syf.··
2026 5. kitabı
Sabina Nasifin- Səmada görüş kitabını oxuyub bitirdim. Əsər müəllifin ilk əsəridir. Fəlsəfi -poetik dildə yazılmış roman insanın daxilinə səyahət hekayəsidir. Əsərin baş qəhrəmanı Səda təyyarə uçuşu zamanı öz ruhunun dərinliklərinə doğru yola çıxır. Əsərin kulminasiya nöqtəsi qəhrəman Sədanın Riyad şəhərində yaşadığı daxili aydınlanma ilə baş verir. Bu, “Ağın qaraya eşqi” metaforası vasitəsilə göstərilir. Həqiqi hüzur və harmoniya yalnız ziddiyyətlərin birliyi ilə mümkündür. İnsan öz içindəki qaranlığı səmimi şəkildə qəbul etmədən, gerçək işığa çata bilmir. Şəhərdə qadınların qara, kişilərin isə ağ rəngli geyimləri ilk baxışda Sədaya sərt bir ənənənin təzahürü kimi görünür. Lakin bu rənglərin qarşıdurması onu yavaş-yavaş dərin düşüncələrə aparır. Səda bu mənzərədə qadın və kişi, ağıl və ruh, qaranlıq və işıq kimi əks qütblər arasında gizlənmiş vəhdəti kəşf edir. Sədanın Yaradanla qurduğu daxili dialoqlar, ona verdiyi suallar oxucunu çox düşündürür. Kitabda QR kodlar vasitəsilə müəllifin öz səsi ilə səsləndirdiyi esse və şeirlərə keçidlər təqdim olunub. Əsər oxucunu sanki bir musiqili meditasiya səyahətinə çıxarır. Düşündürücü dialoqlar, monoloqlar çoxdur.Əsərin süjeti həm var həm yoxdur.Daha çox baş qəhrəmanın özü ilə söhbəti formasında qələmə alınıb. İnsanların çoxu səbəbini anlamadığı kədəri unutmaq üçün hər şeydən uzaqlaşır, sərhədlər aşır, amma nəticədə heç yerdə hüzur tapa bilmirlər. Vətənin içində də, çölündə də qürbət həyatı yaşayırlar. Halbuki qəribçiliyə səbəb uzaq sərhədlər deyil, daxildəki uşaqla araya çəkilən sərt sərhədlərdir. Xoş mütaliələr.Kitabla qalın
Səmada GörüşSabina Nasif · Qanun Nəşriyyatı · 20257 okunma
9/10
·208 syf.··
Beğendi
·
2026 6. kitabı
Hector Garcia & Francesc Miralles -İkigai (Yaponların uzun ve mutlu yaşam sırrı) kitabını oxuyub bitirdim. Kitabın əsas məzmunu İkigai termini yaponcadan tərcümədə “həyatın səbəbi / yaşama səbəbi” məna­sını verir. Onlar Okinavanın uzunömürlü icmalarından, gündəlik vərdişlərindən və daha sonra ikigainin praktiki elementlərindən—nəyi sevdiyin, nəyi yaxşı bacardığın, insanlara nə fayda verdiyin, nə üçün pul ala biləcəyindən danışırlar. İkigai- səhər oyanmaq üçün məqsəddir, yaşam amacıdır, həyata tutunma nədənidir. Yaponlara görə hər kəsin ikigaisi olmalıdır. Vacib deyil bu işidir, həyatıdır, hobbiləridir.Əsas məqsəd insanı həyata bağlayan nəsnədir. Əgər bir insanın səhər oyanması üçün səbəbi varsa o insan yaşayır deməkdir. Səhər oyanıb yeni günü salamlamaq, ətrafındakı insanlara görə şükür etmək, dostlarına, ailənə, işinə, həyatına, övladına, yaşama səbəblərinə görə şükür etmək yaponlara görə ömrü uzadan faktordur. Bunu gündəlik rutin halına gətirib hər səhər edirlər. Həm təşəkkür edirlər, həm də çalışıb həmişə gülümsəyirlər. Gülümsəmək də ömrü uzadan amillər sırasında sadalanır.Yəni nə olursa olsun çətinliklərdən sonra da dimdik dura biliriksə ancaq gülümsəməliyik. Digər hallar da var.Qidaya çox önəm verirlər.Az yemək, daha çox tərəvəzdən istifadə eləmək, süfrədən tox qalxmamaq, daima hərəkətdə olmaq, yüngül idmanlar eləmək, çoxlu gəzmək və təbiətlə təmas bu xalqın uzun yaşam sirridir. Kitab çox motivasiya doludur. Çox faydalı idmanlar məsləhətlər var. İnsan düşüncələri ilə bütün həyatını idarə edir və dəyişir. Evrenə ancaq müsbət enerji ötürür və o enejini geri alır.İnsan təşəkkür edir. Mən həmişə deyirəm.Təşəkkür neməti çoxaldır.Hətta ən pis hadisə vaxtı da təşəkkür etmək lazımdır.Yaradana inam, hər şeyin onun əlində olmasına güvənmək lazımdır. Buna Tanrı, Evren,
IkigaiFrancesc Miralles · Penguin Books · 201724bin okunma

Carpe diem

, bir kitap okudu
9/10
·208 syf.··
Beğendi
·
2026 6. kitabı
Francesc Miralles
7.5/10 · 24bin okunma