Carpe diem

Carpe diem

, bir kitap okudu
8/10
·144 syf.··
2026 3. kitabı
Tina Vallès
7.9/10 · 604 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·288 syf.··
Beğendi
·
2025 5. kitabı
·
131 günde okudu
·
Okunma: 23 Kasım 2025 21:01
Sarah Jio-Kelebek adası Yayda oxumağa başladığım kitabı nəhayət ki , bitirdim. Məncə, Sarah Jio sevgidən ən gözəl yazan yazardır. Sehirli, macəra dolu, sevgi dolu, möcüzə dolu, ümid dolu, inam bir kitab oxudum.Kelebek adası Əfsanəyə görə mavi kəpənək möcüzənin, sehrin və dəyişimin göstəricisidir. Ona gündoğumunda rastlayan adamın həyatı tam dəyişirmiş. Əsərin baş qəhrəmanı Charlottedir. O Eriklə evlənir və bal ayına gəmi ilə səyahətə çıxır. Bermuda üçbucağı və sehirli gəmi turu onun həyatını tamamilə dəyişir. Eriki dəniz tutduğundan səyatin çox qismini otağında keçirir. Və proqramların çoxuna qatıla bilmir. Erik qayıq turuna bilet almağıunutduğundan Charlotte qayıq gəzintisinə tək çıxmalı olur. Qayıq səyahət edərkən bədbəxt hadisə baş verir və itir. Sahildən axtarışlar heç bir nəticə vermir. Qayıqakı insanların hamısı ölür. Lakin Charlotte və Gray möcüzə nəticəsində sağ qalmağı bacarırlar.Okeanda 10 gündən çox qayıqda üzən iki nəfər nəhayət bir adaya rast gəlir. İzsiz , tapılmayan bir adada tanımadığı biri ilə sağ qalmaq uğrunda mübarizə aparan qadının bütün həyatını mavi kəpənək adası dəyişir. Böyük sevgi, macəra, fantastika, həyəcan dolu kitabı çox böyük maraqla oxudum. Sarah Jio qələmi bu kitabda da öz incəliyi, həssaslığı ilə seçilirdi. Kitabda illərlə gəmi səyahətində itgin düşmüş gəmilər, fərqli həyatlar, ayrı-ayrı talelər də yer alıb. Yazar bu kitabla ümid siqnalı ötürüb.Sağ qalmağa inam, sevgiyə və möcüzəyə inam. Həqiqətən də insan inananda yolun yarısını qət eləmiş sayılır. Charlotte ilə Grayi ölməyə qoymayan inam və sevgi olur… Əsər çox gözəl və müsbət enerji ötürür. Xoş mütaliələr Carpe diem, kitabla qalın, mavi kəpənəklərə və onların gətirdikləri möcüzəyə inanın
Kelebek AdasıSarah Jio · Pena Yayınları · 201913bin okunma
10/10
·96 syf.··
Beğendi
·
2025 4. kitabı
“Ölülər” – diri bədənlərdə ölü ruhlardır. Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri təkcə bir tamaşa deyil, cəmiyyətin düşüncəsizliyinə, mövhumata qarşı sərt bir güzgüdür. Əsərin əsas ideyası odur ki, bəzən diri insan ölüdən daha ölü ola bilər – əgər düşünmürsə, soruşmursa, köhnə inanclara kor-koranə bağlanırsa. Əsərdə Şeyx Nəsrullah obrazı bütün bu geriliyin simvoludur. O, ölü ruhları diri bədənlərdə saxlamaq üçün dindən, qorxudan istifadə edir. Ətrafındakı camaat isə bunu qəbul edir, çünki qorxur, öyrəşib və ən pisi – artıq sual verməyi unudublar. Amma əsərdə bir nəfər var ki, bütün bu yalanlara boyun əymir – Kefli İsgəndər. Onun sərxoşluğu əslində sərbəstliyi simvolizə edir. Əsərin sonunda o, camaata üz tutub sarsıdıcı sözlər deyir: “Ay camaat! Ay ölülər! Sizi deyirəm! Sizə deyirəm! Ay ölülər! Siz niyə ölmüsüz, ay camaat? Niyə ölmüsüz? Nə olub sizə? Qorxmusuz? Kimdən qorxmusuz? Şeyxdən? Molladan? Dindən? Ay yazıqlar! Ay heyif sizdən! Sizi kəfənə büküb basdırıblar, hələ dirisiz! Ay camaat, ay ölülər! Oyanın! Özünüzü dirildin! Ölülərə gülərlər! Mən kefliyəm, amma siz məndən keflisiz… Mən kefliyəm, amma ayıq sizə baxanda mən diriyəm, siz ölü…” Bu sözlərdə Cəlil Məmmədquluzadənin öz səsi var – xalqına açıq çağırış: Oyanın! Kefli İsgəndərin dili ilə müəllif deyir ki, əgər başqasının dediyini kor-koranə qəbul edirsənsə, ölü sayılırsan. Kefli İsgəndərin səsi isə bu əsərin ən canlı çağırışıdır: Düşün, sorğu et, ayıl! Bu əsər yüz il əvvəl yazılsa da, bu gün də aktualdır. Çünki hər dövrdə “ölülər” var – yaşayan, amma düşünməyən adamlar…
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,277 okunma