Tina Vallesin- Bir ağacın yaddaşı kitabını oxuyub bitirdim.
Əsər mənə “Şəkər portağalı” nı xatırlatdı. Orda Zeze burda Jan
Hadisələr 10 yaşlı Jan adlı oğlanın adından nəql edilir. O valideynləri ilə Barselonada yaşayır. Onun nənəsi və babası babasının xəstəliyi ucbatından Vilaverddən Jangilə köçməli olur. Bu məcburiyyəti ilk əvvəllər Jan anlamır. Baba alzheimer xəstəsidi. Günü gündən yavaş- yavaş unudur hər şeyi.
Jan bunu sonradan anlayır və evdəki gündəlik həyat dəyişir. Sözlərin yerini sükut alır…
Bu hekayə baba ilə nəvə arasında münasibətdən bəhs edir.
-Nəyi , nə vaxt, necə unudacağımı bilmirəm. Ancaq unutmaq istəmədiyim şey olanda, bilirsənmi, nə edirəm?
-Nə?
-Onu beynimdə yox, ürəyimdə saxlayıram, çünki oradan heç vaxt silinməyəcək.
-Orada başqa nə saxlayırsan?
-Sevdiyim hər şeyi , Jan…
…Nə olursa olsun, içindəki uşağı unutma…