Bəzi hissləri, bəzi düşüncələri çatdırmaq mümkün deyil. Bu günə qədər oxuduğum hər kitabda müharibə, təcavüz və digər aktlarla qarşılaşmişam. İstər Azərbaycan leksikalogiyasinin 100000 sözü, istər Amerikanın 1000000 sözü bunları izah etməyə imkan vermir. Bir yaxınını itirməyin, dərin hüzün yaşamağı heç bir yazıçı ifadə edə bilmir. Ciyərinin, ürəyinin yanmağı.... Bu necə ifadə edəsən axı.. Olmayan, mümkünsüz hesab olunan duyğuların yaşanmasını...
Bəlkə də, həyat bizə güldüyümüz insanlarla birgə, onlarla ağlamağı da, tale vərəqimizə, qələmimizə ərz edib. Yaşanmışlığın bilinməyən cığırında, məcrasında, sadəcə irəliləyirik...
Elmi sarsıdıb, yoxa çıxaran duyğular yaşayırıq. Mənfi və ya müsbət adlandırdığımız hislər, sadəcə, bizim keçmişimizlə əlaqəlidir. Hətta, uyğunlaşa bilmədiyiniz insan belə, sizin keçmişinizdə dərin iz buraxırsa, bax, ondan imtina etmək mümkün deyil. Bütün səhvlərə, düzlərə, uyğunsuzluqlara rəğmən, hələ də, gözəl duyğular aşılayan, uşaq kimi sevindirən insanlar var həyatımızda.. yaşanmışlıqlarla birgə, keçmişinizi və gələcəyinizi inşa edirlər. Bu gün yanınızda olmasa belə, sabahınızla, mütləq ki, əlaqəli insanlar. Qoruyun deməyəcəyəm, amma emosionaları nəzərə alın. Bəlkə də, məntiq bir gün yarıda qoyacaq bizi...