Gönderi

Portret, vicdan, dostluq və dərinlik
8/10
·248 syf.··
2023 6. kitabı
·
27 günde okudu
·
Okunma: 22 Temmuz 2023 23:22
Ən çox sevilən kitablardan olan Dorian Qreyin portreti əsas obrazın düşüncələri, həyata baxışı, onun dərinə enərək axtardığı mənəviyyatı, daxili xüsusiyyətləri ilə əlaqədardır. İlk hissələrdə Lord Henri ilə aparılan dialoqlar, onun dedikləri ən çox altını xətlədiklərimdən idi. Kitabda mənəviyyatla, əsas və global mövzularla bağlı gözəl fikirlər var. Daş, din və geyimlərlə olan qisim ürəyimi çox sıxdı, amma süjetə söz ola bilməzdi. Hətta bir çox hissələri özüm təxmin edə bilirdim ki, bundan sonra hansı hadisələr baş verə bilər. Xüsusilə, Bezilin öldürülməsi, portretin cırılması, sonda özünü qətlə yetirməsi hekayəni daha axıcı edirdi. Portret əslində Dorian'ın vicdanını əks etdirdiyini onun hər dəfə müxtəlif versiyalarda görülməsi xırda və özəl detallardan idi.
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201999bin okunma
·
348 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Nigar Sultanlı
Gönderi Sahibi
Əslində, bildiyim qədərilə inceleme yazanda bir balaca da olsa, mütləq spoiler yeyilir, ya mən səhv bilirəm?
oxumağıma bir həftə qalmış spoiler yedim ☺️