Puan vermedi·216 syf.··
2023 11. kitabı
·
14 günde okudu
·
Okunma: 20 Temmuz 2023 22:45
Dorian Qrey yaşca özündən böyük dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstlik, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatını güzgüsü olan bu portretə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyi ilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir... Əsər müəllifin ən qalmaqallı və uğurlu əsəridir. Onun dili ilə desək, "Bir ruhun hekayəsidir!"
Edebiyat
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201999,3bin okunma
·
134 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.