Mark Avrelidən oxuduğum ilk kitab idi. Adından da göründüyü kimi filosof burada özünə ünvanladığı düşüncələrini, həyat boyu kimdən nə öyrəndiyini və onlardan çıxardığı dərsləri qələmə alıb. Daxili dialoq təsiri bağışlayır.
Oxuyarkən altını çəkdiyim o qədər cümlə oldu ki, bir dəfə oxuyub kənara qoyulacaq kitab deyil. Kitab axıcı sayıla bilər lakin fəlsəfə heç oxumamısızsa bu kitabla başlamağınızı tövsiyə etmirəm.
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202427,9bin okunma
Qidalar haqqında məlumatlı olmağı vacib amillərdən biri sayıram. Kitab bizə GMO, qida sənayesindəki gizli pul oyunlarını və.s çox açıq və aydın şəkildə izah edir.
Ətrafımda bilirik onsuzda yediyimiz hər şey ziyandı prizması ilə baxan insanlar çoxdu.. onlarla razılaşıram. (çünki hazırda tam sağlam qidalanmaq mümkünsüz kimi bir şeydi) Lakin nə gəldi yeyərək sağlam düşüncəyə malik biri ola bilməyəcəyimizi dərk edirəm və maksimum daha diqqətli olmağa çalışıram. Çünki nə deyiblər? “Sağlam bədəndə, sağlam ruh olar”
Ps. Özüm də sağlam qidalanmıram lakin bunun üçün çalışıram bəlkə də gələcəkdə vegan ya da vegetarian olaram nə bilmək olar :D
Baba Vəziroğlunun yazdığı mahnıları bəyənib, sevdiyimə görə kitabdan da gözləntim çox yüksək idi. Təəssüflə qeyd edirəm ki gözləntimi qarşılamadı, daha dərin şeirlər gözləyirdim.