Qəmər_

Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·83 syf.·
2025 10. kitabı
Tolstoyun “İnsan neyle yaşar” kitabını oxuyub, bəyənməmişdim və sonra heç Tolstoy oxumamışdım. İvan İliçin ölümü kitabını oxuyarkən isə otuz səhifə bitirməmişdi ki Tolstoyun digər əsərlərini də oxuyacam deyə qərar verdim. Kitabı oxuyarkən “Mən indi hardayam? Nə yaşayıram? Necə yaşamalıyam? Ümumiyyətlə yaşamaq nədir?” sualları içində boğula bilərsiz lakin eyni zamanda ayılacaqsız. Kitabı çox bəyəndim, hər kəsin rahatlıqla oxuya biləcəyi əsərdi. Kitabın ümumi mövzusundan danışmaq istəmirəm, özünüz oxuyun :)
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261bin okunma
Puan vermedi·224 syf.·
2025 8. kitabı
Tuskulan söhbətləri beş kitabın birləşməsindən ibarətdir, beş ayrı mövzu var içində. İlk ölüm haqqında olan bölüm dialoq kimi davam etdiyinə görə digər bölümlərə nisbətən oxumaq və anlamaq daha asandı. Ölüm, ölüm qorxusu, ağrı-acı, ruh, ləyaqət, insan ehtirasları və kədər haqqında oxuyarkən özünüzü Siseronla qarşı qarşıya oturub söhbət edərdən tapa bilərsiz. Həyata tamam başqa pəncərədən baxmağımızı təmin edir. Fəlfəsə oxumamısızsa bu kitabla başlamayın. Lakin fəlsəfəyə yad biri deyilsizsə mütləq oxumalısız. Bəzən bir səhifə oxuyurdum və nə oxuduğumu anlamadığımı görüb eyni səhifəni yenidən oxuyurdum və daha aydın olurdu cümlələr :) yəni kitab çox ağırdı və bir aydı oxuyurdum bugün bitirdim.
Tuskulan SöhbətləriMarcus Tullius Cicero · Kosmo Nəşriyyat · 01 okunma
Yetmədi o qədər cəhdim, iradım, Tutmur əməllərin, sərt gileyinlə. Mən səni bəxtəvər etmək istədim, Sən özün oynadın, öz taleyinlə. Vahid Əziz
Puan vermedi·50 syf.·
2025 7. kitabı
Öncə onu deyim ki Stefan Zweig sevdiyim yazarlardandı. Lyon’da düğün oxuduğum 11ci kitabıdır. Kitab çox qısa 3 hekayədən ibarətdi. İlk hekayə bizə iki insan arasındakı sevgi və duyğusal bağlılığı, ikinci hekayə bizə iki oxşar insanın daxili boşluğu və təskinlik arayışını göstərir. Üçüncü hekayə isə yarım qalıb.. məncə Stefan Zweig hekayəni bitirmək istəməyib. Kitabda da qeyd olunur bir hissəsini daklitoya yazıb, sonunu isə əlyazma ilə vərəqə və bu da tam olmadığı üçün yayınevi əlavə cümlələr ilə hekayəni nöqtələyib.
Lyon'da DüğünStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202139bin okunma