Mirhicab Abdullayev - "Kənan və Aylin"
Kitab çox sürətli oxunurdu, sanki yazıçı böyük bir hekayəni qısaldıb təqdim etmişdi bizə. Amma bu qədər qısa bir kitabda niyə bu qədər təkrar fikir var? Dəfələrlə eyni cümlələrin təkrarlanması süni şəkildə kitabın uzadılması deyil, bəs nədir?
Tamam, kitab çox axıcı idi, amma niyə? Çünki hadisələr çox sürətli şəkildə baş verirdi. Yazıçı heç nəyi uzatmır, sanki kitab qısametrajlı film kimi kiçik-kiçik səhnələrdən ibarətdir. Hər səhnə bir-biri ilə bağlıdır, birini qaçırsan, hekayəni itirəcəksən.
Obrazlara gah adları ilə, gah da "müəllim" deyə xitab edilməsi qəribə idi. Standart bir xitab tərzi seçilməli idi məncə. Bir obraz digər obraza bir səhifədə Kənan deyir, digər səhifədə Kənan müəllim deyir. Niyə?
Əsas problemlərdən biri - təkrarçılıq. Birinci səhifədə oxuduğumuz bir şeyi növbəti səhifədə yenə oxuyuruq. Sizcə də bu yorucu deyil? Cümlələrin quruluşunda peşəkarlıq yoxdur, həvəskarcasına yazılmışdı sanki. Bədiilikdən söhbət belə gedə bilməzdi. Ard-arda gələn cümlələrin eyni sözlərlə bitməsi - vurulmuşdu, olmuşdu, yorulmuşdu, durmuşdu və s. hekayəni çox zəif göstərir.
Kitabda çox gözəl fikirlər var idi, məntiqli və kamil düşüncələr. Və demək olar ki, bəzilərində yazıçı ilə həmfikir idim. Lakin üslub və tərz ədəbiyyatdan uzaq idi. Çünki yazıçı məişət, loru və ara söhbətləri ilə çatdırırdı bunları bizə. Deyilənlər ağıllı və mənalı olsa da belə, oxuduqca görürsən ki, cümlələrdə təbiilik əvəzinə sünilik üstünlük təşkil edir və bu da kitabın ciddiyyətini azaldır, səmimiyyətini itirir. O qədər loru dildə danışılır ki, sanki kitab oxumursan, məhəllədə kiminləsə qeybət edirsən.
Amma yazıçının bir çox fikrini, təbliğ etmək istədiyini bəyəndim, fikirləri ilə həmfikirəm. Hər şeydən əlavə, mütaliə etmək mütləqdir ki, yazıçı da gəncləri