İsmayilov Ertogrul

İsmayilov Ertogrul
@Ertogrul313
Daha çox təhlil üçün -> instagram.com/ertogrul_313
Puan vermedi·79 syf.··
2026 27. kitabı
Səbinə Dəniz - "Uçmağı bacaran ruh" Bəzi kitablar var ki, mən onları sırf toxunduğu mövzuya görə hər kəsə tövsiyə edirəm. Bu kitab da məhz həmin kitablardan biridir. "Kiçik hekayələr böyük şeylər deyirlər" – deyə bir fikir var. Sanki o fikir bu kitab üçün deyilib. Bir saatdan da az müddətdə oxuyub bitirə biləcəyiniz kiçik bir hekayədir, amma içində böyük və dərin bir məna daşıyır. Hekayə Aysu adlı bir qızın uşaq yaşlarında aldığı travmadan və bu travmanın onun gələcəyinə təsirindən bəhs edir. Ətraflı şəkildə danışıb spoiler vermək istəmirəm, yaxşısı budur özünüz oxuyasınız. Kitab mövzu cəhətdən həddindən artıq motivasiyavericidir. Müəllif Aysunun keçirdiyi hissləri oxucuya tam normasında çatdırmağı bacarıb. Aysunun keçirdiyi hissləri oxuya-oxuya hiss edirsən. Kitabda Aysunun hər şeyə rəğmən necə öz ayaqları üzərində durmasından və həyata möhkəm bağlanaraq özünə möhtəşəm bir gələcək qurmasından danışılır. Yazıçı doğru bir sevginin insanın yaralarını necə sağaltdığını, gücün birlikdə olmasını da çox gözəl təsvir edib. Ən əsası isə, Aysunun vaxtilə ona qulaq asmayan, onu anlamayan və bu travmanı yaşadan insanları bağışlamasıdır. Kitab bizə göstərir ki, bağışlamaq insanı necə yüngülləşdirir və daxildəki ağrı-acıları kənara atmağa necə kömək edir. Təəssüf ki, real həyatda da uşaq yaşlarında bu cür travmalar alan çox insanlar var. Mən bu kitabı sırf ona görə tövsiyə edirəm ki, bəlkə oxuyub ətrafımızdakı o travmalı insanların sayını azaltmaqda bir köməkliyimiz toxundu. Çünki kitabda biz Aysunun bunu bacardığını görürük. Bir saatdan az vaxtınızı alacaq, amma sizə "nə həyatlar varmış" dedizdirəcək. Belə bir mövzunu qələmə aldığı üçün yazıçıya əhsən düşür. Oxumaq lazımdır… Bir daha uğurlar Bayramova Səbinə
Uçmağı bacaran ruhBayramova Səbinə · Portuga Nəşriyyatı · 20259 okunma
Nərgiz Nadirova isimli okura yanıt verildi
İsmayilov Ertogrul
👏🏻
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·208 syf.··
2026 2. kitabı
·
26 saatte okudu
·
Okunma: 06 Şubat 2026 23:33
Sənin hekayəni dinləmək istəyən, minlərlə insan var bəlkə də. Yaz, sevgilim, bir roman yaz. İnsanlara sevgini anlat. Sevməyin, sevə bilməyin gözəlliklərini anlat. İnsanların çoxu, beyinləri ilə sevir. Sən, ürəklə sevməyi anlat. ​Oar'ın "Yalnızlıqdan Şizofreniya" kitabını bitirdikdə təsirindən uzun müddət çıxa bilməmişdim. Mirəsgər Muradlının bu kitabının adına rast gələndə sanki bir doğmalıq hiss etdim və dərhal oxumağa başladım. Yaxşı ki də başlamışam... ​Kitabın süjet xətti o qədər axıcı və aydındır ki, hadisələrin içində sanki mən də vardım. Raulun hər sevincində gülümsəyib, hər kədərində onunla birlikdə sarsıldım. Müəllif sevgi, dostluq, xəyanət, ayrılıq və ölüm kimi bir çox məqama incəliklə toxunmuşdur. Əslində kitab haqqında çox uzun danışmağa ehtiyac yoxdur, ilk səhifəni açdığınız an zamanın necə keçdiyini və kitabın nə vaxt bitdiyini anlamayacaqsınız. ​Kitabı bitirən kimi müəllif haqqında məlumat axtardım, lakin təəssüf ki, çox az şey tapa bildim. Amma bir şeyi dəqiq bilirəm: Banunun son istəyi yerinə yetdi. Raul onların sevgisini bu sətirlərlə ölümsüzləşdirməyi bacardı. Ümid edirəm ki, hər birimizin qarşısına həyatın ən çətin anlarında əlimizdən tutacaq Anar və Lamiyə kimi sadiq dostlar çıxar.
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 2019122 okunma
İsmayilov Ertogrul
Oar - i oxumusam. Beyenmisdim. Bunu da yazdim siyahima.
7/10
·99 syf.··
2026 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 08 Şubat 2026 23:06
​Kitabın ilk səhifələri yəqin ki, bütün Azərbaycan xalqına tanışdır. Xocalı haqqında yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Demək olar ki, orada yaşayan hər kəs Elnurə kimi vəhşicəsinə işgəncələrə məruz qalıb. Mən Elnurənin yaşadıqlarını yaşamadığım üçün onu əsla yarğılamaq fikrində deyiləm, amma verdiyi qərarlar haqqında bir-iki söz demək istəyirəm. ​Mən onun bu uşağı dünyaya gətirməsinə qəti şəkildə qarşı idim. Amma erməni oğlu olduğu üçün yox... Elnurənin yaşadıqlarının bəlkə də on qatını o uşaq yaşayacağı üçün! Məncə, Elnurə bu qərarı verərkən sadəcə özünü və analıq instinktini düşündü. Anlamadı ki, o uşaq-anasının, qardaşının, atasının və ilk eşqi Sadiqin qatili olan bir caninin parçasıdır. Sabah o uşaq böyüyəndə bu həqiqəti öyrənsə, nə dərəcədə sarsılacaqdı? Elnurəyə "məni bu amansız cəmiyyətin, bu nifrətin içinə gətirdiyin üçün sağ ol" deyəcəkdi? Heç inanmıram. ​Elnurənin sonrakı qərarları da ürəkaçan deyildi. Gürcüstana gedib özünə yeni bir həyat qurmaq şansı varkən, o nə özünü, nə də övladını düşündü. Bütün həyatını bir caniyə görə məhv etdi,və yenidən başladıqı yerə qayıtdı.Düzdür, Elnurənin hamilə olduğunu bilməzdən əvvəl də dayısının, dayısı oğlanlarının və qonşuların ona qarşı münasibəti insanlığa sığmırdı. Bu insanlardakı bu təfəkkür, bu cəhalət haradan gəlir? Nə ilə qidalanır bu amansızlıq? Vicdan deyilən anlayış həqiqətənmi yox olub? Bu suallar qarşısında sadəcə cavabsız qaldım. ​Və əsas toxunmaq istədiyim obraz Fərhaddır. Sevgisini etiraf etməyə belə cəsarəti çatmayan biri... O, əgər bir az cəsarətli olsaydı, o qızılgülləri Elnurənin qapısının ağzına və ya məzarına yox, özünə verərdi. Sahib çıxardı ona və övladına... Bəlkə onda Elnurə hazırda məzarda yox, aramızda olardı.
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma
İsmayilov Ertogrul
Ve bununla yanasi Elnureye qarsi oz milletinin davranislari kederlendirici idi.
Puan vermedi·144 syf.··
2026 8. kitabı
Bu kitabı ilk dəfə Instagram-da kiminsə paylaşımında görmüşdüm və kitabın adı maraqlı gəlmişdi. Sonra Ulya Rafiqqızı ilə qərara gəldik ki, birlikdə oxuyaq. Təbii ki, zövqlər müxtəlifdir – ola bilsin ki, kimlərsə çox bəyəndi, kimlərsə ümumiyyətlə sevmədi. Bu yazdıqlarım da sırf mənim hiss etdiklərimdir. Əslində mövzu maraqlıdır – baba və nəvə arasındakı münasibətlər. Hadisələri nəvənin dilindən oxuyuruq, o danışır, biz qulaq asırıq. Onların söhbətləri, dialoqları, birlikdə keçirdikləri vaxt, etdikləri məşğuliyyətlər, babanın nəvəyə verdiyi məsləhətlər və s. – kitab, əsasən, bunlardan ibarətdir. Amma oxuduqca belə bir hiss yarandı ki, ortada ciddi bir ardıcıllıq, bir süjet xətti yoxdur. Sanki 10-cu səhifədən birbaşa 50-ci səhifəyə keçsən, heç nə itirməzsən, necə istəyirsən oxu. Bir növ gündəlik oxuyurmuş kimi hiss edirsən – nəvə danışır, ailə öz işi ilə məşğuldur, baba arada nəsihət verir, xatirələr danışır və bu, demək olar, kitabın sonuna qədər belə davam edir. Anladığım və başa düşdüyüm əsas məqam bu oldu ki, baba yaddaşını itirir və bu hal kitabın əvvəlindən sonuna qədər davam edir (bir az spoyler oldu). Amma bundan əlavə heç nə anlamadım. Nə edirlər, niyə edirlər, niyə bu mövzudan söhbət gedir, bəzən kimdən söhbət getdiyini belə anlamırdım, qarışıq idi mənə görə. Bəlkə də mən anlaya bilmədim, anlasaydım bəyənərdim, nə bilmək olar?! Amma 99 faiz başa düşmədim. Ümumiyyətlə, bir kitabı yarımçıq qoymağı bacarmıram. Ona görə də bəyənməsəm belə, sona qədər oxudum ki, bitsin və başqa kitaba keçim. Yəni bu kitabı daha “oxuyum bitsin, başqa kitaba keçim” düşüncəsi ilə davam etdirdim. Bir sözlə, mənim üçün vaxt itkisi oldu. Amma bu, qətiyyən “oxumayın” demək deyil. Zövqlər hər zaman fərqlidir. Bəlkə siz oxuyub bəyənəcəksiniz, bəlkə ən sevdiyiniz kitab olacaq? Bir baba
1000Kitap
Bir Ağacın YaddaşıTina Vallès · Qədim Qala · 2024606 okunma
Nərgiz Nadirova isimli okura yanıt verildi
İsmayilov Ertogrul
Diqqetiniz ucun derinden minnetdaram, var olun 🙏🏻