Fatimə Təhməzova

Fatimə Təhməzova
@Rzacanem
İlahi,ruhuma qanad ver ki,pərvaz etsin bu aləmi...
Kitab oxumaqla məşğulam və buranı da heç platforma kimi yox, sanki sitat və incələmələrimi səliqəli şəkildə saxlayacağım yer kimi görürəm
Oxumaq,düşünmək,əməl etmək üzərinə təhsil alıram.
Yer əhlindənik,mənzilimiz asiman
İmamların hədislərində adı keçən bir ölkədə doğulmuşam
181 okur puanı
Temmuz 2023 tarihinde katıldı
꒰꒰꒰꒰꒰꒰ Artıq qəfəsə bənzəyən bu dünyadan yorulmuşam... ꒱꒱꒱꒱꒱꒱
Zərdabi LTD·Kitabı okudu
Şəhid
Reklam
Hamının 3-5 sətir rəy yazdığı kitaba mənim dastan yazmağım
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Bismillah. Balaca Qara BalıqBalaca Qara Balıq Samed BehrengiSamed Behrengi Əsər uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə,bəlkə də, uşaqlardan daha artıq xitab edə bilər. Hekayə bir nənənin 12.000 nəvə balığa nağıl danışması ilə başlayır. Balaca Qara Balıq artıq yaşadığı sudan sıxılıb,o həyatın mənasını bu balaca yerdə qısılıb qocalmağı gözləmək,hər gün mənasızca gəzməkdə görə bilmir. Ona görə məna ilə gəzmək, görmək,dənizi tapmaq lazımdır. Ancaq Qara Balığın başda anası olmaqla dost tanışı,qohum qonşusu, hamısı, onu bu "axmaq" fikrinə görə qınayır. Bu real həyatda aldığımız qərarlara qarşı yaxınlarımızın həvəsöldürücü, qınayıcı nəzər və sözlərinə bir işarədir. Qara Balıq isə bu qədər söz söhbətə baxmayaraq öz əməlindən dönmür və uzun bir səyahətə çıxır. Bu isə biz insanlara tutdugumuz yoldan dönməmək üçün sanki bir stimul verir. Qara Balığı tənqid edənlər burada da bitmir,o əvvəlcə həyatın bərki-boşunu görməmiş,valideyninin fikri ilə formalaşan çömçəquyruqların,daha sonra isə necə bu qədər egolu və cahil olduqlarına sübut kimi göstəriləcək ana qurbağanın kinayəli sözlərini dinləməyə məcbur qalır. Bəlkə də,günümüzdə bunu sosial media ilə bağlayan bilərik. Bizi tanıyanlar qədər tanımayanlar da bizi həvəsdən salmağa çalışır,daim mənfi fikir ötürürlər. Sanki özləri bacaramadıqları şeylərin acığını bacarmağa çalışanlardan çıxırlar. Sanki o Balaca Qara Balıq haqlı olsa,indiyə qədər yaşadıqları ömrün puç olmasından qorxurlar.Biz isə Qara Balığın mövqeyindən baxmalı və onun etdiyi kimi bu sözlərə fikir verməməli,ötüb keçməliyik. Qara Balıq bu görüşdən sonra nəhəng bir xərçənglə rastlaşır. Xərçəng o əsnada bir qurbağanı parçalayıb yeyirdi. Qara Balıq o dəqiqə bu məxluqdan ehtiyat eləməli olduğunu anlayır. Xərçəng onu aldadıb yanına çağırmağa çalışsa da, qəhrəmanımız gözüaçıqdır. Özünün də dediyi kimi "ağlı,
Balaca Qara BalıqSamed Behrengi · Simurq Nəşriyyatı (Parlaq İmzalar) · 202336,8bin okunma

Fatimə Təhməzova

, bir kitap okudu
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Samed Behrengi
8.5/10 · 36,8bin okunma