Fatimə Təhməzova

Fatimə Təhməzova
@Rzacanem
İlahi,ruhuma qanad ver ki,pərvaz etsin bu aləmi...
Kitab oxumaqla məşğulam və buranı da heç platforma kimi yox, sanki sitat və incələmələrimi səliqəli şəkildə saxlayacağım yer kimi görürəm
Oxumaq,düşünmək,əməl etmək üzərinə təhsil alıram.
Yer əhlindənik,mənzilimiz asiman
İmamların hədislərində adı keçən bir ölkədə doğulmuşam
181 okur puanı
Temmuz 2023 tarihinde katıldı
Hamının 3-5 sətir rəy yazdığı kitaba mənim dastan yazmağım
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Bismillah. Balaca Qara Balıq Samed Behrengi Əsər uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə,bəlkə də, uşaqlardan daha artıq xitab edə bilər. Hekayə bir nənənin 12.000 nəvə balığa nağıl danışması ilə başlayır. Balaca Qara Balıq artıq yaşadığı sudan sıxılıb,o həyatın mənasını bu balaca yerdə qısılıb qocalmağı gözləmək,hər gün mənasızca gəzməkdə görə bilmir. Ona görə məna ilə gəzmək, görmək,dənizi tapmaq lazımdır. Ancaq Qara Balığın başda anası olmaqla dost tanışı,qohum qonşusu, hamısı, onu bu "axmaq" fikrinə görə qınayır. Bu real həyatda aldığımız qərarlara qarşı yaxınlarımızın həvəsöldürücü, qınayıcı nəzər və sözlərinə bir işarədir. Qara Balıq isə bu qədər söz söhbətə baxmayaraq öz əməlindən dönmür və uzun bir səyahətə çıxır. Bu isə biz insanlara tutdugumuz yoldan dönməmək üçün sanki bir stimul verir. Qara Balığı tənqid edənlər burada da bitmir,o əvvəlcə həyatın bərki-boşunu görməmiş,valideyninin fikri ilə formalaşan çömçəquyruqların,daha sonra isə necə bu qədər egolu və cahil olduqlarına sübut kimi göstəriləcək ana qurbağanın kinayəli sözlərini dinləməyə məcbur qalır. Bəlkə də,günümüzdə bunu sosial media ilə bağlayan bilərik. Bizi tanıyanlar qədər tanımayanlar da bizi həvəsdən salmağa çalışır,daim mənfi fikir ötürürlər. Sanki özləri bacaramadıqları şeylərin acığını bacarmağa çalışanlardan çıxırlar. Sanki o Balaca Qara Balıq haqlı olsa,indiyə qədər yaşadıqları ömrün puç olmasından qorxurlar.Biz isə Qara Balığın mövqeyindən baxmalı və onun etdiyi kimi bu sözlərə fikir verməməli,ötüb keçməliyik. Qara Balıq bu görüşdən sonra nəhəng bir xərçənglə rastlaşır. Xərçəng o əsnada bir qurbağanı parçalayıb yeyirdi. Qara Balıq o dəqiqə bu məxluqdan ehtiyat eləməli olduğunu anlayır. Xərçəng onu aldadıb yanına çağırmağa çalışsa da, qəhrəmanımız gözüaçıqdır. Özünün də dediyi kimi "ağlı,
Balaca Qara BalıqSamed Behrengi · Simurq Nəşriyyatı (Parlaq İmzalar) · 202336,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·144 syf.··
2025 19. kitabı
Bismillah. Danabaş Kəndinin Əhvalatları Celil Memmedguluzade SPOİLER (ÜRƏYİM ÇOX DOLUDUR) Demək... Əsəri oxuya oxuya içimdə bir qəzəb burulğanı baş qaldırdı ki,gəl görəsən. Ağlamaq hissi və qəzəb qarışıb bir-birinə, heç biri də gün üzünə çıxmır,vurur içimə. İlahi, zalımın zülmü ancaq vədolunmuş gələndə bitəcək... Başqa yolu yoxdur,zaman dövran dəyişib,ancaq günümüzdə də Xudayar bəy kimilər bitmir. Bu harınlamış,qeyrət yoxsulları sadəcə öz cildini dəyişib,mənliyini yox. Hələ də öz yuxarıdakı "day-day"ına arxalanan xarakterlər azalmayıb,əksinə çoxalıb. Adamı ən çox yandıran isə bu məxluq bu qədər qələt edir,sonra gedib dəstəmaz alıb namaz qılır. Adam yanmasın,neyləsin? Ay sənə qıldığın namaz qənim olsun,bu namaz sənə deyib ki, başqasının namusuna göz dik,ya özündən 30-40 yaş balaca qızla evlən,ya da camaatın sərvətini talan edib haqqına gir,və yaxud da saxta işlər görüb rüşvət ver? Məhəmmədhəsən əmi... Günümüzdə də olan o saflığını,təmizliyini qorumuş kişilərdəndir ki,bəzən saflıqları onların başına iş açır, haqqını tələb eləməyə imkan vermir. Bu kişinin ağlaya ağlaya Hz. Abbasa məktub verməsi səhnəsindən gözlərim doldu,boşaldı. Necə də ağır səhnə idi. Yazıq kişinin bir Kərbəla arzusu var idi,ona da imkan vermədilər. Zeynəb... Yazıq,cahil deyə bilməyəcəyim qədər ağıllı,mərd, cəsur, ancaq güclü deyə bilməyəcəyim qədər də hüququ əlindən alınmış və tənha qadın idi. Zeynəb haram çörək də yedirməmişdi ki,onun oğlu belə bişərəf oldu,onun həyatında belə axmaq övlad oldu. Əgər oğlu bu qədər axmaq,zavallı və bişərəf olmasaydı,heç Zeynəb Xudayar bəylə evlənməli olmayacaqdı,heç onun tələsinə də düşməyəcəkdi. Burada qadın hüquqsuzluğuna zəmin yaradan,mənə görə,o vəfasız, düşüncəsiz övlad oldu.İnsanın hüququ olmasa belə,bir dayağı,bir güvənəcəyi adamı olar,Zeynəbdə o da yox idi. __Bütün günahlar
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019906 okunma
Köhnə pendirdən yeni pendirə doğru bir yenilik səfəri
Puan vermedi·80 syf.··
2025 17. kitabı
Bismillah. Demək... Pendirimi Kim Oğurladı Spencer Johnson Qısa və öz bir şəkildə izah vermək istəyirəm. Bu kitab hamımızın içinə hakim olan yenilik qorxusunun nə qədər lazımsız bir qorxu olduğunu sadə və hekayə dili ilə insanlara çatdırır. Biz şəraitə uyğunlaşmalı,yeniliklərlə ayaqlaşmalıyıq. Belə olmasa,insan inkişafdan dayanar. İnsan da inkişafdan dayandı, ölüdən bir fərqi olmur. "Yaşayan ölü" Qeyd: Özüm adi otağımda yenilik olunanda ağlayan adamam.Tam təcrübə ilə deyirəm ki, həyatı tamamilə məhv edir,nə qədər geciksən,o qədər çox həyatından parça aparır. Dinləmək üçün (qısadır): 1. Hissə: youtu.be/A_wpHf-rk-I?si=... 2. Hissə: youtu.be/JKWVk5MSym0?si=...
Pendirimi Kim OğurladıSpencer Johnson · Qanun Nəşriyyatı · 02,052 okunma
Heç bir sətri xətləmədim, çünki çox möhtəşəm idi...
10/10
·96 syf.··
2025 14. kitabı
Bismillah Deməəək... Tanrını Axtaran Qız Aminə Sədr Hər şeydən əvvəl, BU KİTABIN ÜZ QABIĞINI KİM DİZAYN EDİB? Dizayner elə bil camaatda necə maraq OYATMAYA bilərəm deyə düşünüb və bu qapağı düzəldib. Düzdü,mən Aminə Sədr haqda azdan çoxdan məlumatlı idim və bu kitabın məğzini mənə izah etmişdilər deyə dizayndan bağımsız mənə maraqlı gəlirdi. Ancaq həqiqətən parlaq imzalar kimi kitablarının üz qabıqlarına heyran olduğum bir nəşriyyat niyə belə bir qapaq dizayn edir axı?! Nəysə!Keçək mövzuya. Kitabın mövzusu: Yolunu itirmiş bir gənc qızla, imanlı, Londonda təhsil alan bir oğlanın öz nişanlısı ilə yazışması üzərinə qurulmuş roman. Əslində isə oğlan nişanlısı ilə yox, nişanlısının bacısı ilə məktublaşırmış. Hadisə Rihab, Mustafa və Həsənat üçlüsü arasında baş verir. Qətiyyən roman demək olmaz,romandan daha artıqdır. Kitaba əlavə nəsə yazmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki,Aminə Sədr güclü romançı deyil,heç elə bir qayəsi də yoxdur. O öz dərin fikirlərini Roman adı altında insanlara çatdırmaq istəyir və bu fikirləri Roman sadəliyində yazıb izah edir. Ümumiyyətlə, digər kitabını oxuyanlar da görəcək ki, Aminə Sədrin kitabları "insanların maraqlarına xitab edən romanla onları dinə cəlb etmək" başlığı altında elmi və fəlsəfi fikirləri insan övladına aşılayır. Fikirlərin dərinliyini və dəyərini belə izah edim: Kitab başlayan kimi bir iki sözü fosforlayandan sonra gördüm ki,fosforlamaq istəsəm,gərək kitabda ağ yer qalmasın. Ona görə bu qədər zəngin kitabı oxuduğumu yalnız ilk başdakı qeydlərimdən hiss olunacaq qədər təmiz saxladım. Heç bir sətrin xətrinə dəymək istəmədim ʕ•ᴥ•ʔ The book is life... Nəzirə Həsənzadə Kirazçiçeğimm
İnceleme
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018146 okunma
Ruhu böyüdən bir səfər #Puşkinəsəyahət
10/10
·176 syf.··
Beğendi
·
2025 13. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Temmuz 2025 11:39
Bismillah Deməəək... Aleksandr Puşkin Kapitan qızı Puşkin həyatı və yaradıcılığı ilə Rus ədəbiyyatına istiqamət verən, müasir rus ədəbiyyatının banisi,Tolstoy, Dostoyevski,Qoqol kimi yazıçıların ondan İlham aldığı bir sənətkardır. Zadəgan ailəsində doğulan Puşkinin dünyagörüşünün formalaşmasında bu məsələ xüsusi yer tutur. Dilinin sadəliyi,axıcılığı,fikirlərinin aydınlığı və sözlərinin təsirliliyi onu sevimli yazarlardan birinə çevirir və insanı onun bu istedadına heyran buraxır. Kapitan qızı əsəri tarixi romandır. Əsəri bildiyim qədəri ilə Allaha yaxınlaşdığı bir dönəmdə yazdığı üçün "Tanrı,dua" və s. kimi qavramlar əsərdə bolluq təşkil edir. Baş qəhrəmanımız Pyotr Andreiç atası tərəfindən Lələsi Saveliç ilə ərköyünlüyünü tərbiyə etməsi üçün orduya göndərilən bir cavandır. Bu çətin səfərdə gələcəkdə tamam başqa bir adam kimi qarşısına çıxacaq Puqaçovla qarşılaşır. Bu kiçik qarşılaşma və yardımlaşma Pyotrın heç təsəvvürünə gətirməyəcək qədər həyatında həll edici rol oynayacaq. Pyotr xidmət göstərəcəyi qalaya çatanda isə həyatının eşqi ilə də qarşılaşacağını bilmirdi, kapitanının qızı Marya. Təbii ki saf eşq yanında bir də rəqib gətirməyə bilməzdi,bəlkə də,ilk dəfə bu eşqə görə kinli bir düşmən qazanacaqdır Pyotr. Qısası bu səfər həm acısı,həm şirini ilə onun və biz oxuyucuların ürəyində iz qoyacaq. Əsərin hər sahəsini sevsəm də,ən sevdiyim tərəfi baş xarakterin özüdür. Həm Vətən,həm vəzifə,həm ailə qeyrətinin olması, qətiyyətli,qorxmaz,cəsur, yanındakılara,onla olan insanlara dəyər verən, danışığını bilən, özünü sevdirən bir xarakterdir. Çox sevdim işteʕ•ᴥ•ʔ Xarakterimiz ilk səhifələrdə uşaqlara məxsus xətalar eləsə də,ordunun və sevginin bərki boşuna düşəndən sonra o bərkiyir,nə etməli olduğunu bilir, ağıllı hərəkətlər edir və ən əsası o böyüyür.Həm
İnceleme
Kapitan qızıAleksandr Puşkin · Qanun nəşriyyatı · 036,8bin okunma