Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Tanrını Axtaran Qız

Aminə Sədr

Yorumlar ve İncelemeler

Tümünü Gör
96 syf.
·
Puan vermedi
·
22 saatte okudu
92 səhifəyə necə belə möhtəşəmlik sığdıra bilinib? 92 səhifə olmasında başqa hərşey çox çox gözəl idi. Həsənat adını oxuyan zaman insana ayrı fərahlıq gəlirdi eləbil. Hələ əsl islam nümunəsini 6-7 məktuba sığdıran Mustafanı demirəm.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
Reklam
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çox gözəl kitab idi, çox bəyəndim. Rahat dildə və anlaşılan idi. Bu kitabdan bir çox Tanrını tanımayan insanlara Onu tanıtmaq üçün dəlillər götürmək olar. (SPOILER) Ən çox sevdiyim hissə isə Rihabın hər şeyi açıb deyəndən sonra Həsənatın bu sözləri oldu: - Sənə fəda olum bacı. Sən nə qədər ağrılara dözmüsən?! Halbuki ən çox ağrıları Həsənat çəkmişdi...
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Salam, öncəliklə onu qeyd edim ki, Aminə Sədrin adını tez-tez eşidirdim, lakin kitablarını mütaliə üçün həvəsim olmurdu. Hazırda Mütaliəsini edib bitirdiyim kitabın dizaynı isə məndə maraq oyatmırdı, bildiyim şeylərin təkrarı olacaq bir kitabdır deyə düşünür, bir növ daha az yaş kateqoriyasına xitab edən kitab olduğu gümanındaydım. Dünən gecə mütaliəsində fərqlilik istədim, bu əsnada gözümə bacımın kitab rəfindəki "Tanrını axtaran qız" romanı dəydi. Onsuzda 96 səhifədir nə itirəcəyəm ki deyib kitabı əlimə aldım. İlk başda müəllifin həyat hekayəsi və personalların qeyri adi adları məndə müsbət təəssüratoyatdı, mütaliəyə davam etdikdə isə hekayə sanki öz daxilinə aldı məni. Hədsiz zövq və məmnuniyyətlə mütaliə etdim. Kitabın Mövzusuna gəldikdə isə adından da məlum olduğu kimi Tanrının sübutu, dinin zərurətinin ön planda olduğu epistolyar roman üslubundadır. Lakin fərq bundan ibarətdir ki, bu dəlillər daha çox islam mənbələri ilə deyil də müasir tendensiyalarla, avropa alimlərinin fikirləri ilə ifadə edilir. Hər dəfə fikrin sonunda isə fərdi qane edəcəyini düşündüyü kitab ismi verir. Yazarın tez-tez haşiyədən kənara çıxması isə mütaliə edən şəxsin yorulmasının qarşısını alır. İnformasiyanı çatdırmaq üçün seçilən obrazlar isə xoş əxlaqı, zərif ruhu və davranışları ilə xüsusi ilə seçilir. Bununla da birdaha islamın necə gözəl bir din olduğunu əyani formada sübut edir. Xülasə, mən kitabı çox bəyəndim və 10 ballıq şkaladan 10 bal ilə qiymətləndirdim. Oxuyacaq olan hər kəsə Xoş Mütaliələr diləyirəm!:)
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
Dinə və əqidəyə aid şübhələrə əsaslı və dolğun cavablar
Bəzən dildə "Həsənat" kimi olsaq da,amma qəlbən "Rihab" kimi oluruq... Həyatımızı nə qədər Rihab kimi dəyişə bildik?! Daxilimizdəki şübhələr məbada bizi düzgün yoldan sapdırsın! Bəlkə də bu şübhələr bizi qəflətdən ayıltmaq üçündür ki,illərdi bunlar haqda düşünməmişik...
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
Mustafanın bu qədər aydın izahı isə nəinki təkcə Rihabın, əsəri oxuyan çox insanın düşüncələrinə öz təsirini göstərəcək məncə. Həyata tutunmaq üçün ta qədimdən bəri insanlar gah səmanı,gah odu ya da başqa nələrisə özlərinə inanc mənbəyi seçmişlər. Niyə mi? Çünki heç kəs bu həyatda inamsız yaşaya bilməz. İnam bizi həyata bağlayan bir vasitədir. Əlbətdə bunu dedikdə təkcə dini nəzərdə tutmuram, amma din ən gözəl nümunədir buna. (Təhrif edilməmiş dindən söhbət gedir Əlbətdə) və Mustafanın da dediyi kimi,hər şey duyğu üzvləri ilə dərk edilməz,bəzi şeylər sadəcə hiss edilər absurd belə olsa. Əsər məndə xoş təəssürat yaratdı,razılaşmadığım, fərqli düşündüyüm məqamlar da var əlbətdə az da olsa. Amma onu deyə bilərəm ki oxumağa dəyər bir əsərdir. Nə demək istədiyimi əsərlə tanış olduqda anlayacaqsınız. Xoş mütaliələr!
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Kitab ilk oxuduğum zamanlarda o qədər də maraqlı gəlməmişdi. Amma irəlilədikcə diqqətimi çəkdi. İnsanın öz yolunu tapması, Allaha olan inamını bərpa etməsi üzərinə yazılmış hekayət idi. Rihabın timsalında bir çox insanın beynini qarışdıran sualların cavabını qısa və konkret cavablarla tapmış olur. Həmçinin bu sualların cavabını daha geniş tapa biləcək kitab adları da qeyd olunub araşdırma etmək üçün. Axıcı davam etdi. Gözəl duyğularla yadda qaldı. "Əgər Tanrı yoxdursa,o zaman deyə bilərsən mi bütün coşqunluğu ilə var olan təbiəti,aləmi yerlə yeksan edən zəlzələləri,gözəlliyi ilə insanı heyrətə gətirən göy üzünü,ulduzları,ayı,șəfəqləri ila qəlbimizi isitən o günəşi... ən əsasi da nəfəs alan,bütün bu gözəlliklərin şahidi olan bizləri var edən nədir? Necə yoxdan var olmușuq? Necə varıq? Yoxdan mı var olmuşuq həqiqətən? İnanırsan mı buna? Axı təbiətdə hər şey səbəb-nəticə zəncirindən ibarət deyil mi? Nəticənin varlığı səbəbin varlığından törəmirmi?" Məhz o səbəbdir ki,öz müqəddəsliyinə görə biz onu "Tanrı" adlandirirq."
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
10/10 puan verdi
Bu kitabın rastıma çox çıxmasına baxmayaraq əsla oxumağı düşündürəcək qədər diqqət və marağımı çəkmirdi. Kitabı almaq məqsədimdə çox fərqli idi. Başqa bir məqsəd ilə kitab oxumağa vaxtım olmasada kitabxanama əlavə etmək qərarı almışdım ta ki, oxuyana qədər. Çox bəyəndim, gedişat, məzmun, obrazlar möhtəşəm idi. Oxuduqca Rihaba qəzəblənir istər istəməz vücudumda olan nifrəti hiss edirdim lakin Həsanat və Mustafanın rəftar və davranışları bəzi mühüm mövzuları yadıma saldı, ibrət oldu. Mustafanın cavabları da etiqadımı möhkəmləndirməyimə kömək etdi.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
·
Puan vermedi
"Bir Boşluğun məhvi"
Əgər Tanrı yoxdursa,o zaman deyə bilərsən mi bütün coşqunluğu ilə var olan təbiəti,aləmi yerlə yeksan edən zəlzələləri,gözəlliyi ilə insanı heyrətə gətirən göy üzünü,ulduzları,ayı,şəfəqləri ilə qəlbimizi isitən o günəşi... ən əsası da nəfəs alan,bütün bu gözəlliklərin şahidi olan bizləri var edən nədir? Necə yoxdan var olmuşuq? Necə varıq? Yoxdan
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
Reklam
96 syf.
·
Puan vermedi
·
6 günde okudu
Aminə Sədr ,Tanrını Axtaran Qız
Aminə Sədr "Tanrını Axtaran Qız" daha bir  gözəl kitabın  sonu ... Kitabın mövzusu adından da məlum olduğu kimi Tanrının sübutunu, dinin zərurətini ön plana çəkir və bununla bağlı müəyyən dəlillər gətirilir. Maraqlısı budur ki, dəlillərin çoxu islam mənbələri deyil də, daha çox müasir tendensiyalarla, avropa  alimlərinin fikirlərini ifadə edir. Hər dəfə fikirin sonunda isə müəyyən kitab adları qeyd olunur. :) Kitabı oxuyarkən çox zövq aldım.
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
Utanmaq cəhənnəmdə yanmaqdan daha yaxşıdır. Bu dünyada xəcalət çəkmək tək və qadir olan Tanrı qarşısında xəcalət çəkməkdən daha asandır. Daha bu qələmlə yazmayacam. Çünki bu, xəyanətkar sözlərə bulaşmış bir qələmdir
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018107 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.