Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
10/10 puan verdi
·
Beğendi
Mustafanın bu qədər aydın izahı isə nəinki təkcə Rihabın, əsəri oxuyan çox insanın düşüncələrinə öz təsirini göstərəcək məncə. Həyata tutunmaq üçün ta qədimdən bəri insanlar gah səmanı,gah odu ya da başqa nələrisə özlərinə inanc mənbəyi seçmişlər. Niyə mi? Çünki heç kəs bu həyatda inamsız yaşaya bilməz. İnam bizi həyata bağlayan bir vasitədir. Əlbətdə bunu dedikdə təkcə dini nəzərdə tutmuram, amma din ən gözəl nümunədir buna. (Təhrif edilməmiş dindən söhbət gedir Əlbətdə) və Mustafanın da dediyi kimi,hər şey duyğu üzvləri ilə dərk edilməz,bəzi şeylər sadəcə hiss edilər absurd belə olsa. Əsər məndə xoş təəssürat yaratdı,razılaşmadığım, fərqli düşündüyüm məqamlar da var əlbətdə az da olsa. Amma onu deyə bilərəm ki oxumağa dəyər bir əsərdir. Nə demək istədiyimi əsərlə tanış olduqda anlayacaqsınız. Xoş mütaliələr!
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.