Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Kitab ilk oxuduğum zamanlarda o qədər də maraqlı gəlməmişdi. Amma irəlilədikcə diqqətimi çəkdi. İnsanın öz yolunu tapması, Allaha olan inamını bərpa etməsi üzərinə yazılmış hekayət idi. Rihabın timsalında bir çox insanın beynini qarışdıran sualların cavabını qısa və konkret cavablarla tapmış olur. Həmçinin bu sualların cavabını daha geniş tapa biləcək kitab adları da qeyd olunub araşdırma etmək üçün. Axıcı davam etdi. Gözəl duyğularla yadda qaldı. "Əgər Tanrı yoxdursa,o zaman deyə bilərsən mi bütün coşqunluğu ilə var olan təbiəti,aləmi yerlə yeksan edən zəlzələləri,gözəlliyi ilə insanı heyrətə gətirən göy üzünü,ulduzları,ayı,șəfəqləri ila qəlbimizi isitən o günəşi... ən əsasi da nəfəs alan,bütün bu gözəlliklərin şahidi olan bizləri var edən nədir? Necə yoxdan var olmușuq? Necə varıq? Yoxdan mı var olmuşuq həqiqətən? İnanırsan mı buna? Axı təbiətdə hər şey səbəb-nəticə zəncirindən ibarət deyil mi? Nəticənin varlığı səbəbin varlığından törəmirmi?" Məhz o səbəbdir ki,öz müqəddəsliyinə görə biz onu "Tanrı" adlandirirq."
Tanrını Axtaran Qız
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018110 okunma
·
21 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.