Cəlil ağa nə qədər çalışdısa da, yuxulaya bilmədi. Çünki ona vicdanı ağlasığışmayan dərəcədə əziyyət verirdi. Cəlil ağa deyirdi:
- Bax, 24 saat bundan əvvəl mən nə idim və indi nə oldum? Qeyri arvad ilə vaxt keçirdim, yalan dedim, hələ bir günah da bu oldu ki, müqəddəs Şəfiqə o pak ləbləri ilə mənim bu murdar alnımı, üzümü busə edəndə, məcbur oldum razı olum. Yarəb, bu nə bəla idi mən düçar oldum, bu nə günah idi mən etdim? Kaş bircə parça çörəyim olaydı, amma bayaqkı kimi də pak və bigünah olaydım!
Cəlil ağa isə bunun suallarına cavab verməyib bundan soruşdu ki, indi mən Şəfiqəyə nə cavab verim? Mən indi necə onun yanına gedim?
- Ay kişi, sən kefini çək, onun cavabı məndə. Müsəlman arvadını aldatmağa nə var!..