Neft və Milyonlar Səltənətində

İbrahim Bey Musabeyov
152 sayfa · İlk Yayın Tarihi: 1984
Reklam

Yorumlar ve İncelemeler

199 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Neft və milyonlar səltənətində"əsəri hal-hazırki dövrümüzə xitab edən qiymətli əsərlərdən biridir. Pul,şan,şöhrət hərisliyindən gözləri tutulan Cəlil ağa, öz istəyini yerinə yetirmək üçün qardaş dediyi dostunun başına hər iş açan Lütfəli əsərin əsas qəhrəmanlarındandır. Əsərin əvvəlində kasıb,ehtiyaclı həyat sürən Cəlil bir müddət sonra təsadüf nəticəsində varlanır. Artıq o yeni keyfiyyətlər qazanır. Ailəsi ilə maraqlanmır, bütün varını qumarda uduzur. Təbbi ki də, onun bu vəziyyətə düşməsində "dostu" Lütfəlinin də rolu böyükdür. Lütfəli isə başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran bir obrazdır. Şəfiqə öz namusunu, ailə dəyərlərini hər şeydən üstün tutan qadın obrazlarındandır. Çətin bir vəziyyətdə öz övladlarını düşünür, onların xoşbəxtliyi üçün daim çalışır. Hətta uşaqlarını dolandırmaq üçün öz saçlarını kəsib satan Şəfiqə ondan gələn pulu böyük bir xoşbəxtlik sayır. Əsərin sonu heç gözləmədiyim bir şəkildə bitir. Ümumi olaraq əsəri çox bəyəndimm. Hamıya oxumağı tövsiyə edirəm.
Neft və Milyonlar Səltənətində
Neft və Milyonlar Səltənətindəİbrahim Bey Musabeyov · Yazıçı Nəşriyyatı · 198493 okunma
152 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Neft və milyonlar səltənətində yalan, vəfasızlıq, pula hərislik daha çox yaşasa da burada xoşbəxtlik deyilən anlayışa insanlar rast gəlmir.     Cəlil ağa " ağ" səhifə kimi təmiz olsa da, neftin qarası, pulun işıltısı onun həyatını qaraya çevirir. Xanımı Şəfiqənin timsalında sədaqətli Azərbaycan xanımı görürüksə, Cəlilin timsalında pulun satın aldığı sədaqətsiz həyat yoldaşı obrazını görürük.    Cəlil kasıb atasını daha sonra anasını itirmiş gənc oğlandır.Təsadüfən torpaqdan vuran neft fontanı nəticəsində varlanır, milyonçu olur.  Amma bu neft kimə xoşbəxtlik gətirdi ki, Cəlilə də gətirə? " Dost"larının timsalında dürüst adam azğın, qumar düşkünü, eyş-işrət məclislərində gününü keçirən zavallıdan başqa kimsəyə çevrilmir. Əbəs yerə yazıçı əsərin adını" Neft və milyonlar səltənəti" qoymamışdır.  Neft səbəbilə ya müstəmləkəyə çevrilən xalq, həm də öz mənəviyyatını itirmişdir. Amma hələ də ümid vardır.   Digər əsərlərində müfaviq olaraq azad sevgi( "Xoşbəxtlər"),  xalq və millət yolunda fədakarlıq( "Cəhalət fədailəri") povestlərində öz əksini tapır.      Bu əsərlərdə başdan ayağa xoşbəxtlik yoxdur. Çünki azad sevginin olmadığı,cəhalətin hökm sürdüyü ölkədə acıdan və kədərdən başqa heç nə əbədi ola bilməz.
Neft və Milyonlar Səltənətində
Neft və Milyonlar Səltənətindəİbrahim Bey Musabeyov · Şərq-Qərb Nəşriyyatı · 200693 okunma

Yazar Hakkında

İbrahim Bey Musabeyov
İbrahim Bey MusabeyovYazar · 1 kitap
İbrahim Bey Musabeyov, 24 Mayıs 1881'de Şeki kazasının Gutgaşen köyünde doğdu. 1910'da Zagafgaziya (Gori) Öğretmenler Pedagoji Okulunu bitirdikten sonra Şeki, Gutgaşen ve Göyçay okullarında öğretmenlik yaptı. Aynı zamanda edebi faaliyetle meşgul oldu. İlk hikayelerini 1913'te okul dergisinde yayımlattı. 1921'de Azerbaycan Halk Cumhuriyeti’nin yıkılmasından sonra Kırım’a göçtü ve orada çeşitli görevlerde çalıştı. Cehalet Fedaileri, Hoşbehtler, Gözlerin Vefası, Neft ve Milyonlar Seltenetinde adlı uzun hikayelerinde devrin zıtlıklarını dile getirirken diğer bir yandan da sosyal münasebetlerin canlı tasvirlerini başarıyla aktardı. Neft ve Milyonlar Selteneti uzun hikayesinin filmi çekildi. 1942'de Karagan'da vefat etti.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.