Dedim: "Əli, haradasan?" Gözümü səmada gəzdirdim. Yox idi Onu görmürdüm.
- Səni harada axtarım, əzizim?!
Yanımda hərarət duydum. Elə bildim anamdır. Baxdım. Anam deyildi. Yanımda heç kəs yox idi. Bəs bu istilik haradandır? Bu, kimin bədəninin hərarətidir? Əlinin şəkli gözlərim önündə göründü; sarı saçı, mavi gözləri və çoxdandır qısalda bilmədiyi saqqalı ilə. Ona çox deyirdim ki, Əli can, saqqalını qısalt. Deyirdi ki, yox, hələ tezdir. Dedim: "Əli can, saqqalını bu gün üçün uzatmışdın?!"
Bu fikirlə kövrəldim, gözlərim doldu, amma birdən Əlinin yanımda dayandığını hiss etdim. Hərarətə söykənib qəliz və şirin Həmədan ləhcəsi ilə onun səsini eşitdim: "Firiştə, haqqını halal et. Gülüm, Zeynəb kimi, Zeynəb kimi yaşa.