Özünü ayrıca varlıq hesab etmək səhvdi. Kimsə öz ağlını həmin varlığın iradəsini, yanlış məsləhətini yerinə yetirməyə yönəldirsə, gec-tez günaha batır. Özümüzü ayrı bir varlıq hesab etməyimiz ona görə baş verir ki, Maya örtüyü gözümüzü tutur, öz doğmalarımızla qırılmaz bağları, başqa varlıqlarla vəhdətimizi görməyə qoymur. Bu həqiqəti çox az insan bilir. Qoy indi deyəcəyim sözlər sizin tilsiminiz olsun: "Başqalarına zərər vuran insan özünə pislik edir.Başqalarına kömək edən insan özünə yaxşılıq edir.Başqalarına kömək edən insan özünə yaxşılıq edir. Özünüzü ayrı varlıq hesab etməyin - onda həqiqət yoluna qədəm qoyacaqsız.
Psixoloqların və əxlaq ustadlarının vəzifələrindən biri də şüuraltında kök salmış düyünləri tapıb onları açmaq, insanı müsbət yöndə proqramlaşdırmaqdır.