Gönderi

QARANLIQ
Puan vermedi·264 syf.··
2024 1. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Ocak 2024 13:12
Kitabı uzun müddət əvvəl alıb içimdəki müharibəyə görə oxuya bilməmək kimi bir vəziyyət var idi. Hər dəfə əlimə götürüb üz qapağına baxıb içimdə qəribə bir narahatlıq hissiylə yerinə qoyurdum. ( son vaxtlar ümumiyyətlə kitab oxumama istəyi canımı bürümüşdü, əvvəllər bu qədər çox sevdiyim bir məşğuliyyətimi niyə əzaba çevirmişdim heç bir fikrim yoxdur). Nəticə olaraq özümə söz verdim ki, bu kitabı nə olursa olsun oxuyacam. Bəli , əsl üzləşmə effecti olacaq. Özünüzdə bəlkədə görüb , amma qətiyyən qəbul etmək istəmədiklərinizi görəcəksiz. Bəlkədə heç görmədiyiniz tərəflərlə tanış olacaqsız. Amma fərqinə varacaqsız. Ələxsusda çətinlikdəsizsə , bütün günü fikriniz ruhunuz yorğundursa , beyniniz dayanmadan "işləyirsə" lazımlı lazımsız hər şeyi dərd edib , fikirləşirsizsə fərqinə varacaqsız. Dəhşətli dərəcədə sizdə fərqlilik yaratmaya bilər. Birdən ruh yüksəkliyi yaşayıb birdən düşə bilər. Emosional yellənçək hissiyatı verə bilər sizə. Ən əsası dərk edərək oxumaqdı. Bəzi məqamlarda çətin gəldi mənə," yox mən belə deyiləm" deyib , amma gün içində həqiqətən ağlımı məşğul edən məsələlərə çevrildi. Bunlarla yanaşı kitabın məlumat olaraq zənginliyi məni valeh etdi.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
·
284 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.