Aysha Gadimova

Aysha Gadimova
the only comfort place <3 open.spotify.com/user/u15kqvyeso...
educator
aul
laçın
26 Mayıs
132 okur puanı
Ekim 2022 tarihinde katıldı
Bəzən sadəcə yolunu qət edirsən, sonunun hara varacağını bilmədən. bəzən də elə gəlir ki, sanki velosiped sürməyi öyrənirsən, bircə dəfə müvazinəti saxlamağı öyrənmək üçün 50 dəfə yıxılmağı gözə alırsan. Bir də görürsən yıxılmaqdan yorulmusan, ətrafındakılar da sadəcə tamaşa edir, hər kəsin başı özünə qarışıb. Tam da düşüb velosipedi qırağa çəkərkən arxada ora qədər qət etdiyin yolu görürsən, əziyyətini yerdə qoymaq istəmirsən, qoy sonuncu dəfə də cəhd edim deyirsən. 10 saniyə sonra görürsən ki, artıq bacardın, sevincini bölüşmək üçün arxandan gələn yaxınlarını, tanışlarını axtarır gözün. Sevincinə şərik olacaq birini tapmırsan, çünki velosipedi o qədər sürətlə hərəkətə gətirmisən ki, artıq arxandakı hər kəs səndən 100-lərlə kilometr uzaqdadır. Zaman keçdikcə onu da qəbullanmağı bacarırsan. Amma yenə də, yolun sonu hara gedir, irəlidə nələrlə, kimlərlə üzləşəcəyini bilmirsən, içində çox böyük bir qeyri-müəyyənlik var. Lakin əmin olduğun tək bir şey var: yolun çətinini bəlkə də artıq getmisən, bir müddət sonra onun heç bir önəmi olmur düzü. Çünki artıq həyatın yolun varacağı yer yox, yolun özü olduğunu anlamısan.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Qürur və QərəzQürur və Qərəz Kitab ingilis ədəbiyyatının şahəsəri olmasaydı və Jane Austini tanımasaydım, həqiqətən sırf Qanun Nəşriyyatının iyrənc tərcüməsi ucbatından əsəri pisləyib haqqına girəcəkdim. Sadəcə puluma və zamanıma heyif. Yəni o qədər mi çətin idi birbaşa ingilis dilindən azərbaycan dilinə tərcümə etmək? Dartışma (türkcə - tartışma) nədi səncanı? Bunun kimi hələ nə qədər söz və azərbaycan dilinə xas olmayan minib-çapılmış cümlə quruluşları var. O qədər bəllidir ki, türkcədən azərbaycan dilinə tərcümə olunduğu kitabı 10 yaşlı uşağın əlinə versən kitabdakı rüsvay səhvləri tərcüməçinin üzünə vurar. Kitabı oxuduqca bir əsəb gəlir ki, izah edə bilmərəm. Kitabda o qədər hörmətsiz cümlələr var ki, adam altından xəttləyib burda paylaşamağa da utanır, ona görə bu nəşr haqqında nə alıntı, nə də ki review paylaşmağı düşünürəm. Sadəcə heyif, içimdən ümid edirdim ki, eyni kitabın ikinci nəşridi deyə yəqin bir düzəliş olar, dəyişən sadəcə kitabın üz qabığı və qiymətidi. Üz qabığı da nə hikmətsə ildən ilə nazikləşir və ketfiyyətsizləşir. Qanun nəşriyyatı ilə elə buradaca sağollaşıram. Eyni kitabın nəşrindəki keyfiyyət fərqi də açıq-aydın paylaşdığım şəkildən görünür. Soldakı kitab 2020, sağdakı isə 2024 nəşridir. Ümumiyyətlə bundan sonra ingilis ədəbiyyatını ancaq və ancaq mümkün qədər orginallarından oxuyacam.
Sonunda özümdə o cəsarəti tapıb instagram hesabımı aça bildim 🤍 Əgər səhifənin kontenti marağınıza xitab edirsə izləyərək dəstək olsaz çox şad olaram 🫶🏻 Növbəti paylaşımlar haqqında ətraflı məlumat almaq istəyirsizsə ilk postumu oxumağınız kifayətdir 💌 instagram.com/p/C-ryFfiINu1/?...
“Yağmur olsan binlerce damla arasından tutardım seni. Çünkü korkarım, toprak aldığını geri vermiyor.” Özdemir AsafÖzdemir Asaf
kitabların orginallarını (ingiliscə) daha münasib qiymətə hardan əldə edə bilərəm?