"Babamın bırakıp gidişinin tadı var suda; hiç orada olmayışının, gittikten sonra bana ait hiçbir şeyin olmayışının tadı..."
Müəlliflə ilk tanışlığım idi, qısa həcmli olduğu üçün əhatəli olub-olmamasına şübhə edirdim düzü, lakin yenə də emosional cəhətdən dolğun idi. Bəziləri üçün bəsit gələ bilər, amma bir müəllimə olaraq qeyd etmək istərdim ki, uşaq psixologiyasını daha yaxından analiz etmək üçün əlavə bir vasitə idi. Kitabda bəyənmədiyim tək nüans duyğuların ən sıx anında, tam da obrazlarla bağ qurmuşkən bitməsi oldu. Bəlkə də yazıçının məqsədi bu idi, bilmirəm. Uzun sözün qısası, kitab bizə hər evin yuva, hər yuvanın da ev olmaması gerçəyini bir uşağın dilindən bir daha bizə xatırladır. Kitabda dialoqlar və uşağın dilindən monoloqlar az olsa belə, oxucu onların hisslərini birbaşa hiss edir. sanki öz evindəymişsiz kimi səmimi münasibət oyadır. Baş obrazın adının naməlum olması müəllifin şüurlu bir addımı imiş, o bununla həmin qız uşağının ailəsinə digərlərindən biri və onun necə də valideynləri tərəfindən əhəmiyyətsiz münasibət görməsi təəssüratını oyatmaq istəyib.