Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
114 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Sabitlenmiş gönderi
10/10
·192 syf.··
Beğendi
·
2023 2. kitabı
Əsərin qəhrəmanı Ləmandır. Həyatın sınaqlarından hər zaman qələbə ilə çıxan Ləman gözlənilmədən ağır, sağalmaz dərdə – xərçəngə mübtəla olur. Həmişə onu çox sevən əri Bəxtiyarın birdən-birə üzü dönür və onu xəstə halında tək qoyur. Ləmanın iztirabı birə yüz artır, ərinin bu dönüklüyünə dözə bilmir, ölmək istəyir. Yaşadığı şəhərlə sonuncu dəfə vidalaşmaq üçün evdən çıxır. Bu zaman Fərhadla rastlaşır. Fərhadın yüksək insani keyfiyyətləri onu yenidən həyata bağlayır: «Onu gördükdən sonra ölmək fikrini unutdum. Qərar vermişdim, nə olursa-olsun, savaşacaqdım sonuna qədər: – həm xəstəliklə, həm də ailəmin dağılması nəticəsində ruhumda açılan yaralarla. Ölüm Fərhadın gözlərindən daha gözəl deyildi…». Yazıçı Fərhad obrazı ilə sübut etməyə çalışır ki, bəli, insanlıq hələ ölməyib, diridir, yaşayır. Ali, müqəddəs hisslər var və olacaq. Fərhadın saflığı, müqəddəs hissləri sayəsində Ləman ölümlə çarpışır və bütün duyduqlarını qələmə alaraq bir roman yazır.
Edebiyat
LəmanTural Sahab · Mingəçevir Poliqrafiya Müəssisəsi · 201743 okunma
Yenə dumandı, çəndi Sənsizlik ayrı bir vətəndi Fəsil- fəsil gedirsən yaddaşımdan Qorxuram, bir gün gələ.. Deyəm, xatırlamaq da çətindi... Elə bilirdim sözlərdən ev tikə bilərəm Çarəsizliyi ömrümdən silə bilərəm Həyat çox uzundu, istədiyim vaxt Ölə bilərəm... Sən demə, həyat kimi Ölüm də çətindi
Taleyimiz dəyişdikcə hey dəyişir sevgimiz də, Hələ də bu bir sualdır, dərk etmirik bunu niyə: Sevgi bəxtə hökm eləyir, yoxsa, yoxsa bəxt sevgiyə? Şöhrətlilər kasıblasa, dönük çıxar sevənləri, Zavallılar dövlətlənsə, həmdəm olar düşmənləri, Sevgi bəxtdən asılıdır, ta qədimdən bilir hər kəs, Ehtiyacı olmayanın dost-tanışı saya gəlməz.
Kitab insana bir neçə şey üçün lazımdır. - onu maddi və mənəvi cəhətdən gücləndirmək - yaşadığı dünya üçün yararlı və faydalı biri etmək - özünü başqalarının yerinə qoyub onları anlamaq - düşünmək və əylənmək üçün. Əgər bir kitab onu oxuyana bunları vermirsə vəya həmin adam ala bilmirsə, minlərlə kitab oxusa da boş və mənasızdı.
Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma yaxşılıq etmək istəyənlər də çıxacaq. Hansısa insanın qəlbi qaranlıq, hansının isə qəlbi aydınlıqdır. Gecəylə gündüz kimi! Dünyanın pislərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına da düşmə. Özünü qoru qızım, insanlara qarşı özünü qoru!