Tahmini Okuma Süresi:
5 sa. 26 dk.
Sayfa Sayısı:
192
Basım Tarihi:
Mart 2017
Yayınevi:
Mingəçevir Poliqrafiya Müəssisəsi
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·192 syf.··
Beğendi
·
2023 2. kitabı
Əsərin qəhrəmanı Ləmandır. Həyatın sınaqlarından hər zaman qələbə ilə çıxan Ləman gözlənilmədən ağır, sağalmaz dərdə – xərçəngə mübtəla olur. Həmişə onu çox sevən əri Bəxtiyarın birdən-birə üzü dönür və onu xəstə halında tək qoyur. Ləmanın iztirabı birə yüz artır, ərinin bu dönüklüyünə dözə bilmir, ölmək istəyir. Yaşadığı şəhərlə sonuncu dəfə vidalaşmaq üçün evdən çıxır. Bu zaman Fərhadla rastlaşır. Fərhadın yüksək insani keyfiyyətləri onu yenidən həyata bağlayır: «Onu gördükdən sonra ölmək fikrini unutdum. Qərar vermişdim, nə olursa-olsun, savaşacaqdım sonuna qədər: – həm xəstəliklə, həm də ailəmin dağılması nəticəsində ruhumda açılan yaralarla. Ölüm Fərhadın gözlərindən daha gözəl deyildi…». Yazıçı Fərhad obrazı ilə sübut etməyə çalışır ki, bəli, insanlıq hələ ölməyib, diridir, yaşayır. Ali, müqəddəs hisslər var və olacaq. Fərhadın saflığı, müqəddəs hissləri sayəsində Ləman ölümlə çarpışır və bütün duyduqlarını qələmə alaraq bir roman yazır.
Edebiyat
LəmanTural Sahab · Mingəçevir Poliqrafiya Müəssisəsi · 201743 okunma
Puan vermedi·193 syf.··
2024 11. kitabı
·
7 günde okudu
·
Okunma: 09 Eylül 2024 22:46
Bu kitab yazarın qələmindən oxuduğum ilk kitab idi. Kitabı oxuyarkən çox kədərləndim. Həyat hər zaman istədiyimiz kimi olmur təəssüf ki... Nəysə çox söz yazmayım, spoiler kimi olmasın:)
Edebiyat
LəmanTural Sahab · Mingəçevir Poliqrafiya Müəssisəsi · 201743 okunma