Müəllifdən
Yağışlı bir iyun səhərində başlayıram yeni romanımı
yazmağa. “Ləman”ı yazmadan öncə roman mənim üçün Qaf
dağı qədər uzaq görünürdü. Sonra “Ləman”ı yazdım və hər
sözü, cümləsi ilə romanın ruhuma nə qədər yaxın olduğunu
anladım.
Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı
hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi