Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Gönderileri

Bir kitaplarını, Bir sözleri ve alıntılarını, Bir yazarlarını, Bir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ulu Tanrım, mənə şərəfli bir ömür və şəhidliklə sona çatacaq ömür nəsib et. Bu həyatda anam, atam bilib, sevdiyim vətənimi qoru, onu qorumağı mənə sonuna qədər nəsib et... Şərəfsizlərə, xainlərə qarşı ürəyimdə kin, vətənimə, millətimə sevgi yarat. Artır sevdiklərimə olan sevgimi, düşmənlərimə olan kinimi..
Ancaq mən də səni xatırlamağa çalışacağam. Bağışlama məni, əzizim, gedəni bağışlamazlar. Sənə deyiləcək sözlərim bir ömür bitməzdi....Mən bitirməsəydim. Bizi ölüm ayırmazdı, mən ayırmasaydım.
Reklam
Əziz Kənan, səni bu cür tərk etmək istəməzdim. Şəms sənin sevdiyin o romantik, dəli qız, hətta sevgisi üçün də xəyallarından keçə bilmədi.
Bilirsən, Kənan, uşaq evlərində verilən yeməklər yaxşıdı. Meyvəni həmişə tapmırlar. Mən şirin bir portağalın xəyalı ilə neçə gecələr yuxusuz qalmışam...
Uşaq evində keçirdiyi illər ona savaşmağı, yaşamaq üçün güclü olub, həyatda qalmağı öyrətmişdi. Kürşad gözlərini açdığı andan etibarən mübarizə içində olmuşdu. Onun üçün həyat mübarizəydi.
Küçəyə çıxınca bayaqkı hüznün ruhunu sardığını duydu. Bu dəfə özünü o hüznə təslim etmək istədi. Qəribədir ki, bu qəriblikdə ilk dəfə bir sevdiyi olması keçdi ürəyindən... Dili o sevgilinin adını söyləməkdə gecikmədi: “Vətən!”
Reklam
Yataq istənilən dostluğu, sevgini öldürəcək qədər güclü bir zəhərdi.
Şansını isə Tanrının qismətinə etibar etmişdi. Xoşbəxtlikdən, Tanrısı onu bu gecə yalnız buraxmamışdı. Min illər öncə belə bir gecədə Kürşad və qırx çerisi bir ordu ilə savaşıb şəhid olmuşdu. O gecə Tanrı onları qorumamışdı. Lakin min illər sonra yenə dumanlı bir gecədə Tanrı bu dəfə öz Kürşadını qorudu.
Guya dünya qanunları bir dövlətə başqa dövlətin ərazisində əməliyyat aparmağa izn vermirdi. Ancaq bu qanunlar sadəcə kiçik dövlətlər üçün idi. Böyük dövlətlər istədiklərini edirdi
Kürşad bayrağına and içmiş, bir ömür ona olan sevgisinə sadiq qalacağına söz vermiş bir vətənpərvərdi. Ailəsi onu atdığı zaman dövləti onu böyüdüb bu yaşa çatdırmışdı. Və ağlı kəsəndən sonra milləti üçün yaşamağı qərara almışdı “Qara canavar”.
111 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.