En Eski Bir Gönderileri

En Eski Bir kitaplarını, en eski Bir sözleri ve alıntılarını, en eski Bir yazarlarını, en eski Bir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
180 syf.
10/10 puan verdi
·
Beğendi
Müəllifdən Yağışlı bir iyun səhərində başlayıram yeni romanımı yazmağa. “Ləman”ı yazmadan öncə roman mənim üçün Qaf dağı qədər uzaq görünürdü. Sonra “Ləman”ı yazdım və hər sözü, cümləsi ilə romanın ruhuma nə qədər yaxın olduğunu anladım. Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi
Bir
BirTural Sahab · 20183 okunma
Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi çatdıra bilmirəm. Həqiqi yazmağı bacaran hər kəs mənim sözümü təsdiqləyər ki, roman hekayədən asan başa gəlir. Səhv etmirəmsə, Drayzerin sözləridi: “Öncə şeir yazırlar, alınmır, sonra hekayə, o da alınmır, bu zaman başlayırlar roman yazmağa. Bu, bütün böyük romançılara aiddir”.
Reklam
Yazmaq yaşamaq qədər gözəldi, bunu yazan hər kəs bilir. Bir yazarın xoşbəxt olduğu anlar öz obrazlarını yaradarkən hiss etdiklərində gizlidir. Əsər bitdikdən sonra o, artıq yazarın deyil, oxucunun olur. Əsər uğurlu və ya uğursuz olsun, yazara şöhrət gətirsin, ya da əlində olanları da alsın; bunun heç biri yazarın vecinə deyil. Çünki, yazmaq yaratmağın balaca bir parçasıdır. Yaratmaq- bilinmək, tanınmaq o qədər gözəldir ki, hətta, Tanrı özü də kainatı; dünyanı, bizləri yaratdı.
Mən öldükdən sonra düşüncələrim yaşayırsa, deməli, ölümsüzlük şərbətindən içməyi bacarmışam.
Gözəl olan dağın zirvəsinə çıxmaq deyil, o yolda çəkilən əziyyətlərdir. Zirvə son dayanacaq yeridir, ora yanlızlıq, ora ölümdür...
İnsan həqiqətə çevirəcəyi bir xəyalı qalmadığı zaman ölür. Zirvə isə bütün xəyalların həqiqət olduğu yerdir. Bir yazarın zirvəsi şan-şöhrətdir. Bunu “zirvəyə” çatdıqdan sonra intihar edən yazarlar sübut ediblər.
Reklam
111 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.