Taleyimiz dəyişdikcə hey dəyişir sevgimiz də,
Hələ də bu bir sualdır, dərk etmirik bunu niyə:
Sevgi bəxtə hökm eləyir, yoxsa, yoxsa bəxt sevgiyə?
Şöhrətlilər kasıblasa, dönük çıxar sevənləri, Zavallılar dövlətlənsə, həmdəm olar düşmənləri,
Sevgi bəxtdən asılıdır, ta qədimdən bilir hər kəs,
Ehtiyacı olmayanın dost-tanışı saya gəlməz.
Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma yaxşılıq etmək istəyənlər də çıxacaq. Hansısa insanın qəlbi qaranlıq, hansının isə qəlbi aydınlıqdır. Gecəylə gündüz kimi! Dünyanın pislərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına da düşmə. Özünü qoru qızım, insanlara qarşı özünü qoru!
Deyəsən, bu kəndin camaatı heç
ömürlərində teatr görməyiblər, onlara bir tamaşa hazırlayaq...
Düz iki ay məşq etdilər. Nəhayət, tamaşanı göstərməyin vaxtı çatdı...
Gördü ki, kəndin hörmətli adamları: şura sədri, firqə özək katibi və bir-iki ağsaqqal pərdənin arxasında "səhnə"də stul qoyub əyləşiblər. Mürsəl təəccüb və maraqla soruşdu:
- Burda niyə oturmusunuz?
- Biz həmişə yuxarı başda otururuq, müəllim.