Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
“Kabilde bir kitabçı” – romanmı, reportajmı?
Puan vermedi·344 syf.··
2025 3. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Nisan 2025 11:57
Əsər məndə bədii roman təsiri yaratmadı, daha çox uzun bir reportaj oxuyurmuşam kimi hiss etdim. Bəlkə də səbəb, müəllifin yazıçı yox, jurnalist olmağıdır. Hadisələr, obrazlar, dialoqlar—hər şeydə sanki bir məsafə var. Oxucu olaraq içəri girə bilmirsən. Əsərin ruhu yox idi desəm, bəlkə də ağır olar, amma bədii cəhətdən çox zəif idi. Bir roman oxuyursan, amma tez-tez sujet kənara çəkilir. Yerini Əfqanıstanın tarixi tutur—yenə bir jurnalistin qələmindən, faktlar, savaşlar, rejimlər. Halbuki mən obrazlarla yaşamaq, hekayəyə qarışmaq istəyirdim. Yenə də etiraf etməliyəm ki, Əfqanıstanı tanımaq baxımından maraqlı bir təcrübə oldu. Küçələrini, insanlarını, qorxularını, gündəlik həyatlarını az da olsa hiss etdirdi. Amma roman deyil bu, sadəcə roman kimi görünən bir ölkə portretidir. Məni ədəbiyyat baxımından qane etmədi, amma dünyagörüşümə bir kərpic də əlavə etdi. Vəssalam.
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020253 okunma
Reklam
Ayrılıqların Təkrarı
Puan vermedi·250 syf.··
Beğendi
·
2025 2. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Nisan 2025 09:32
Ayrılıqların Təkrarı” – İki qəlb, bir roman, bir ruh Ədəbi birliklərin nadir nümunələrindən biri: Aqşin Evrən və Xəzər Süleymanlı. Onların birgə yazdığı “Ayrılıqların Təkrarı” romanı, təkcə sevgi və itki mövzusunu deyil, həm də hisslərin tarixlə, zamanla və insan ruhu ilə necə kəsişdiyini gözəl şəkildə ortaya qoyur. Bu əsər nədənsə məndə Umberto Ekonun Qızılgülün adı romanını xatırlatdı – bəlkə də, səbəbi duyğuların və düşüncələrin simvolik qatlarla təqdim edilməsidir. Lakin “Ayrılıqların Təkrarı” öz ruhu olan, bizə məxsus bir əsərdir. Romanı oxuyarkən çox gözəl qurulmuş bir ssenarinin zaman-zaman nisbətən “korlandığını” hiss etdim. Sanki müəlliflər tarixdən gələn materialı bədii hisslərlə toxumağa çalışıblar, amma bəzi məqamlar daha da açılmağa, genişlənməyə layiq idi. Tarixi hadisələrə bir qədər artıq yer ayrılsaydı, bu roman təkcə emosional deyil, həm də daha güclü ədəbi-bədii çəkiyə malik olardı. Əsərdə sentimentallıq çoxdur – bəzən o qədər ki, süjetin nəfəsini daraldır. Lakin bu sentimental qatlar bəzən də romanın əsas gücünə çevrilir. Hisslər səmimidir, sətirlərdən keçib oxucunun iç dünyasına toxunur. Məhz bu səbəbdən də bütün o kiçik çatışmazlıqlara rəğmən romanı çox bəyəndim. O, mənim ruhuma toxundu, məni düşündürdü, bəzən susdurdu, bəzən də dərinləşdirdi. Əsər şeir kimi yazılıb – ritmi, ahəngi, səsi var. Bu roman həm bədii baxımdan, həm də ədəbi cəsarət baxımından dəyərlidir. İki müəllifin bir ruh kimi yazması, bir-birini tamamlaması əsəri daha da xüsusi edir. Və ən gözəli – bu, yerli ədəbiyyatımızdan çıxan bir romandır. Bizim dilimizdə, bizim ağrılarımızla, bizim sevgilərimizlə yazılmış bir roman.
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 2021100 okunma
Puan vermedi·160 syf.··
2025 1. kitabı
·
19 günde okudu
·
Okunma: 04 Nisan 2025 10:18
"Yol sənin içindədir" dərin fəlsəfi və psixoloji çalarları olan kitabdır. O, insanın daxili dünyasına səyahətini, özünü kəşf etmə prosesini və ruhsal oyanışı təsvir edir. Müəllif oxucunu rahatlıq zonasından çıxmağa və həyatı daha şüurlu yaşamağa təşviq edir. Kitabın əsas ideyası budur ki, insanın axtardığı bütün cavablar öz içindədir. Xarici dünyadakı xaos, çətinliklər və çəkişmələr əslində insanın daxili dünyasındakı problemlərin əksidir. Müəllif oxucuya öz daxili səslərinə qulaq asmağı, qorxularını aşmağı və mənəvi rahatlığa çatmağı öyrədir. Mətnin dili sadə, lakin təsirlidir. Müəllif metaforalar və həyat təcrübələrindən istifadə edərək dərin mənalar ötürür. Kitab həm də ruhsal təcrübələr və meditasiyaya dair tövsiyələrlə zəngindir. O, oxucunu həyat yolunu tapmağa və daxili harmoniyanı bərpa etməyə təşviq edir. Ümumiyyətlə, "Yol sənin içindədir" insanı düşünməyə vadar edən, onun öz daxili dünyasını daha yaxşı anlamağa kömək edən kitabdır. Özünü tapmaq, dəyişmək və inkişaf etmək istəyən hər kəs üçün dəyərli mənbə ola bilər.
Yol Senin İçindeKinsun · Destek Yayınları · 20213,146 okunma
10/10
·82 syf.··
Beğendi
·
2024 57. kitabı
Tanrım, mənə bir qılınc ver, düşmənlərimi kəsib, obamı qorusun! Tanrım, mənə bir bulaq ver, obamı doyurub, düşmənlərimi boğsun! Tanrım, mənə bir qalxan ver, yurdumun üzərinə yağan oxlara sipər olub, düşmənin günəşinin qarşısını kəssin! Tanrım, mənə bir qurd ver, səsi gələndə obamdakı balalar gülümsəsin, düşmənin isə məzardakı ölüləri də qorxu içində qıvransın! Tanrım, mənə bir yurd ver, millətim sonsuza qədər orada yaşasın, düşmənin isə ayağı heç vaxt ora dəyməsin!
GünelTural Sahab · 20227 okunma
10/10
·140 syf.··
2024 56. kitabı
Müəllifdən oxucuya... Ölümün olduğu yerdə nəyi ciddiyə almaq olar?! Bu suala əsrlərdir düşünməyi bacaran bütün insanlar cavab axtarır. Cavab isə... Yoxdur. Ölüm varsa, qalan hər şey yalan və boşdur... Bir gün bu dünya özü də öləcək. Yazılan hər əsər, çəkilən hər rəsm; uzun sözün qısası, hər şey bir gün yox olacaq. Unudulmaq və ölüm dəyişməz alın yazımızdı. Gün gələcək məzar daşlarımız belə torpağa qarışacaq, gün gələcək torpaq özü belə kainatın boşluğunda boğulacaq, yox olacaq. Ölüm gələnə qədər isə yaşamaq-gözəl yaşamaq lazımdı. Heç kimin sözünə qulaq asmadan, heç kimi dinləmədən... Öz istədiyin kimi... Evlənəcəyin insanı, işləyəcəyin işi özün seçəcəksən. Kimsə sənin yerinə, sənin həyatın haqqında qərar verməyəcək. Bu həyat, bu ömür sənə verilib. Bəli, ancaq sənə! Kiminsə sözü ilə yaşayasan deyə yox, öz qərarların-doğru və yanlışlarınla özün yaşayasan deyə. Mənə nə başqalarının həyatından?! Və, sənə nə mənim həyatımdan?! Bu iki balaca cümlə son zamanlarda həyat devizim olub. Baxıram, insanlar ölür, yaşamadan, yaşaya bilmədən ölür. Ya “başqaları nə deyər”-deyə istədiklərini edə bilmir, ya da başqalarının istədiklərini müzakirə edir. Beləliklə, ömür tükənir. Bir sabah açılır, lakin o sabahda onlar olmur... İnsanlar kitabları oxumadan, şeirləri dinləmədən, filmləri izləmədən ölür. Bir dəfə belə yağışın altında rəqs edə-edə islanmadan, hər kəsi unudub mahnı oxumadan, hər kəsin içində sevdiklərinə sarılıb “səni sevirəm” demədən ölür insanlar... Doyunca sevmədən, doya-doya yaşamadan ölür insanlar... Bütün həyatımız
TürkanTural Sahab · 201917 okunma
Reklam