Bu dünyadan bizə miras qalan, daha doğrusu bizdən geri qalan, sevdiklərimiz, onlarla paylaşdığımız anlar, onların ruhlarındakı fərqli, rəngarəng izlərimiz, yaddaşlarındakı bitməz-tükənməz xatirələr olacaq.
Bu həyat düşündüyümüzdən də daha qısadır, bəlkə bir romanda tələsməyin vəya tələsməməyin fərqi yoxdur, amma həyat tamamı ilə fərqlidir. O tələsməyənləri bağışlamır.
Tələsək... 🎭📚
Gör neçə il keçdi
Şəklin qocalmır
Xatirən qocalmır..
Saçlarımın qarasını alan zaman
Nədənsə ürəyimdən səni almır
Unut deyə pıçıldayanda ruhuma
Hərf tanımır, söz qanmır
İndi bu sevgini, bu yaşda
Heç öz ağlım da anlamır
Axı bir dəfə gülsən
Gülüşünə qurban deyərdim bu ömrü
Heç bir gülüşü də gözlərim xatırlamır...
Deyəsən, bu kəndin camaatı heç
ömürlərində teatr görməyiblər, onlara bir tamaşa hazırlayaq...
Düz iki ay məşq etdilər. Nəhayət, tamaşanı göstərməyin vaxtı çatdı...
Gördü ki, kəndin hörmətli adamları: şura sədri, firqə özək katibi və bir-iki ağsaqqal pərdənin arxasında "səhnə"də stul qoyub əyləşiblər. Mürsəl təəccüb və maraqla soruşdu:
- Burda niyə oturmusunuz?
- Biz həmişə yuxarı başda otururuq, müəllim.