Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Yağışı sevirəm deyirsən, yağış yağanda çətirini açırsan... Günəşi sevirəm deyirsən, günəş çıxanda kölgəyə qaçırsan... Küləyi sevirəm deyirsən, külək olanda pəncərəni örtürsən... Bax elə bunun üçün qorxuram; Məni də sevdiyini deyirsən...
Reklam
O zamana qədər ölümdən, ölülərdən yaman qorxurdum. Ancaq atam ölən günü bu qorxularım yoxa çıxdı. Onun evimizdə keçirdiyi sonuncu gecədə mən böyüdüm. Sabaha qədər atama sarılıb yatdım. Bəli, mən, məzarlıqdan gündüz vaxtı tək keçməyə qorxan mən, o gecəni bir ölünü qucaqlayıb yatdım. Axı o, mənim atam idi. Ölü də olsa, diri də..
Gizlicə qulaq asan heç kim özü haqda yaxşı heç nə eşitmir.
Mirza Fetali Ahundov özü yazırdı ki, “Kəmalüddövlə məktubları” Şərqdəki fanatizmə qarşı yüz min nəfərlik ordudan daha çox iş görə bilər. Bəs niyə dini fanatizmin bataqlığında boğulan Şərq bu əsərə sarılmır, niyə ondan xilas yolu kimi yapışmır? Təəssüf ki, elə öz ölkəmizdə də bu əsərin gənclər arasında təbliğatı çox zəifdir. Mənim üçün üç əsər var ki, imkanım olsa, onları bütün Azərbaycan gənclərinə oxutdurardım: 1. Abbasqulu ağa Bakıxanov – “Gülistani-İrəm” 2. Hüseyn Cavid – “Şeyx Sənan” 3. Mirzə Fətəli Axundzadə – “Kəmalüddövlə məktubları”
Nə köhnə dostları, nə qohumları, nə yeni tanışları, nə də yüksək qiymətləndirdiyi və hörmət etdiyi bu qız onu anlaya bilirdi. O, bunu acı təəssüf və kədərlə düşündü.
Reklam