Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Belə sürprizləri sevirəm. Təsadüfən YouTube-da 'Canavar ovu' romanımın səsli versiyası qarşıma çıxdı... youtu.be/a8vpkfJo3qY?si=...
Reklam
Dünən iki söyüd ağacı gördüm. Budaqları tamamilə kəsilmişdi, yalnız kökünün üstündə təxminən iki metrlik gövdə qalmışdı... Amma maraqlı olan o idi ki, ağacdan yeni-yeni budaqlar çıxmağa başlamışdı. Bir neçə ilə yenidən bərpa olunacaq. Bundan bir çox nəticə çıxarmaq olar. Amma ağacı görən kimi ağlıma ilk gələn – sevdiyini itirmiş bir insan oldu. Bütün arzu və ümidlərini – budaqlarını – itirir, lakin yaşamına davam edir. Sadəcə, köhnə halına qayıtması illər çəkir. Sonra tam sağalmışkən biri gəlir və yenidən budaqlarını kəsir... Bu hal isə, bəzən, insan ömrü boyu təkrarlanır.
Ağıllı insanla söhbət – nəinki zövq verir, həm də səni səssizcə böyüdür.
- onlar şübhəsiz elələrindəndilər ki, başqalarında dəlilik əlamətləri görür, özlərində isə görmürlər.
Atalar sözləri elə bil illərin, nəsillərin süzgəcindən süzülüb gələn hikmət sətirləridir. Məsələn, “Allah dəvəyə yaxşı ki, qanad verməyib” deyimi nə qədər sadə səslənsə də, içində necə dərin mənalar var. Elə insanlar var ki, onların realda və sosial mediada davranışlarını görəndə adamın ürəyindən bir ah qopur: “İlahi, bunların əlinə bir az da imkan düşsəydi, kim bilir nə faciələr törədərdilər…” Həqiqətən də bəzi insanlar elədir ki, nə yaxşı ki, onların "qanadı" yoxdur...
Reklam